beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey bivəfa ki, adət olubdur cəfa sana
Ey bivəfa ki, adət olubdur cəfa sana

Ey bivəfa ki, adət olubdur cəfa sana,
Billah cəfadır, olma demək bivəfa sana.

Gəh nazü gəh girişməvü gəh işvədir işin,
Canın sevənlər olmasa yey aşina sana.

Min can olaydı kaş məni-dilşikəstədə,
Ta hər birilə bir gəz olaydım fəda sana.

Eşqində mübtəlalığımı eyb edən sanır
Kim, olmaq ixtiyar ilədir mübtəla sana.

Ey dil ki, hicrə doymayıb istərsən ol məhi,
Şükr et bu halə, yoxsa gələr bir bəla sana.

Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,
Bildirdi ola surəti-halım səba sana.

Düşməz çü şah qürbi, Füzuli, gədalərə,
Ol şəhdən iltifat nə nisbət mana, sana.


Tarix: 04.06.2015 / 16:53 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Məhəmməd Füzuli