Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Lampa görmək

Yuxuda yağla doldurulmuş lampa görmək məmnun qalacağınız iş fəallığına işarədir. Boş lampa depressiya, ümidsizlik və məyusluğa işarədir. İşıqlı, alışıb yanan lampa görmək layiq olduğunuz uğur və ailə xoşbəxtliyinə işarədir. Əgər lampa zəif işıq verirsə, real həyatda sizə qısqanclıq və həsəd, şübhələr əziyyət verəcək və bu hisslərinizi sizin bədbəxtliyinizə səbəb olan adama tökdükdən sonra rahatlanacaqsınız. Yanan lampanı əlindən yerə salmaq o deməkdir ki, real həyatda planlarınız uğursuzluğa düçar olacaq, arzularınız həyata keçməyəcək. Lampa yuxuda partlayırsa, əvvəlki dostlarınız sizin maraqlarınıza zərbə endirmək üçün düşmənlərinizlə birləşəcəklər. Sınıq lampa qohum və ya dostunuzun ölümünə işarədir. Yuxuda lampanı yandırmaq işlərinizdə sizə gəlir gətirəcək gəlirə işarədir. Lampa aparmaq o deməkdir ki, yuxuda öz fikirlərinizi başqalarının fikirlərindən üstün tutaraq müstəqil olacaqsınız. Lampada yanan işıq sönərsə və ya zəifləyərsə, sizi bədbəxt tale və ola bilsin ki, dost və qohumlarınızın ölümü gözləyir. Yuxuda bərk qorxmusunuzsa və yaxud lampanı pəncərədən atmısınızsa, düşmənləriniz sizi tələyə salacaqlar. Əgər paltarınız lampadan yanıbsa, siz simpatiya və mehribanlıq gözlədiyiniz yerdə alçalacaqsınız. Bundan başqa, ticari işləriniz xüsusilə uğursuz alınacaq.


Tarix: 27.02.2014 / 22:25 Müəllif: Ebulfez Baxılıb: 155 Bölmə: L hərfi
loading...