beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə^
3-cü hissə^

Yoldakı çətinliklər
Ətrafda daha heç bir ev olmadığına görə yolçular açıq havada, böyük qol-budaqlı bir
ağacın altında gecələmək qərarına gəldilər. Ağacın şaxəli budaqları dam kimi dostların başı
üstündə yüksəlirdi. Dəmir Odunçu odun yardı, Doroti böyük tonqal qaladı, isindi və ürəyini
sıxan narahatlığı unutdu. Qız Totoyla birgə sonuncu çörək tikəsini yemişdi, indi səhər yeməyinə
nə yeyəcəklərini bilmirdi.
- İstəyirsən, – Aslan təklif etdi, – meşəyə qaçıb səninçün bir maral ovlaya bilərəm.
Siz insanlar çiy ət yeyə bilmirsiz, ancaq onu tonqalda bişirmək olar, əla yeməkdi!
- Olmaz! Xahiş edirəm, bunu etmə! – Dəmir Odunçu yalvardı; – Maralı öldürsən,
hönkür-hönkür elə ağlaram ki, çənəm qalın pas qatıyla örtülər.
Lakin Aslan meşəyə qaçdı və yeməyə nəsə tapdı. Nə tapdığını heç kim bilmirdi, Aslan
özü də bunu gizli saxlayırdı. Bədheybət bir qoz ağacı tapıb Dorotinin səbətini doldurdu. Qız
Bədheybətin qayğıkeşliyindən razı qalmışdı, amma dostu qozları elə məzəli yığırdı ki, Doroti
gülməyini saxlaya bilmirdi. Qozlar balaca, Bədheybətin saman dolu barmaqları elə kobud idi ki,
qozların çoxu yerə tökülürdü. Qoz yığımı imkan vermişdi ki, Bədheybət tonqaldan uzaqlaşsın,
çünki o, təsadüfi qığılcımdan yanıb kül ola bilərdi.
Tonqal sönəndən sonra Bədheybət Dorotinin üstünü quru yarpaqlarla örtdü. Qız
səhərə qədər mışıl-mışıl yatdı. Səhər Doroti çayda üzünü yudu, sonra dostlar Zümrüd Şəhərinə
yollandılar.
Həmin gün macəralarla doluydu. Bir saat keçməmiş, yolçular yolu kəsərək meşəyə
doğru uzanan dərin bir xəndəyə yaxınlaşdılar. Xəndək həm enli idi, həm də dərin. Dostlar
xəndəyin dibinə baxanda orda çoxlu itiuclu daşların olduğunu gördülər. Xəndəyin kənarları elə
dik idi ki, aşağı enib o biri tərəfinə keçmək mümkün olmazdı. Dostlardan kimsə ağzından
qaçırtdı, səyahət burada bitməlidir dedi.
- İndi biz neyləyək? – Doroti həyəcanla soruşdu.
- Bilmirəm, – Dəmir Odunçu kədərlə cavab verdi, Aslan isə pırpız başını yellədi.
Bədheybət dedi:
- Biz xəndəyin üstündən qanad açıb uça bilmərik. Xəndəyin dibinə də enə bilmərik.
Əgər o biri tərəfə tullana bilmiriksə, deməli, burda qalmalıyıq.
- Mən tullana bilərəm, – Aslan gözləriylə məsafəni ölçüb dedi.
- Onda hər şey qaydasındadır, – Bədheybət sevindi; – Sən bir-bir bizi o biri tərəfə
keçirərsən.
- Elə isə onda birinci kimi keçirim? – Aslan soruşdu.
- Məni! – Bədheybət cavab verdi; – Tullana bilməsən, Doroti daşların üstünə yıxılıb
ölə bilər, Dəmir Odunçu isə əzilər, ancaq mənə heç nə olmaz, çünki mənimçün əzilmək təhlükəsi
yoxdur.
- Mən özüm də, doğrusu, yıxılmaqdan bir az qorxuram, – Qorxaq Aslan dedi; – amma
neyləməli, min belimə görüm, gəl tullanaq.
Bədheybət Qorxaq Aslanın belinə mindi, Aslan xəndəyin kənarına yaxınlaşıb bir az
çömbəldi. Bədheybət dedi:
- Bəlkə qaçaraq tullanasan?
- Biz, aslanlar, belə etmirik. – Qorxaq Aslan cavab verdi və nəhəng yay kimi açılıb
xəndəyin üstündən o biri tərəfə uçdu. Hamı bu uğuru səs-küylə qarşıladı. Bədheybət Aslanın
belindən düşdü. Aslan təzədən geriyə, Dorotinin yanına tullandı. Qız Totonu qucağına götürdü,
bir əliylə aslanın yalından yapışdı. Quş kimi uçduğunu hələ anlamamış Doroti artıq xəndəyin o
biri tərəfində, Bədheybətin yanındaydı. Sonra növbə Dəmir Odunçuya çatdı. Aslan üçüncü dəfə
tullanaraq Odunçunu dostlarının yanına gətirdi. Ancaq Aslan yamanca yorulmuşdu, toyuq
qovalayan yekə itlər kimi dilini çıxarıb ağır-ağır nəfəs alır, töşküyürdü.
Xəndəyin bu tərəfində də meşə qalın və keçilməz idi. Bir qədər istirahət etdikdən
sonra yolçular sarı kərpicli çığırla yollarına davam etdilər. Hamı susmuşdu, tezliklə qalın
meşənin qurtaracağına və günəşin yenidən görünəcəyinə ümid edirdilər. Meşə dərinliyindən
qəribə səslər eşidilirdi, Aslan pıçıltıyla, buralarda Kalidasların olduğunu söylədi.
- Kalidaslar kimdir? – Doroti soruşdu.
- Onlar qorxulu heyvanlardır. Bədənləri ayı bədəni, başları pələng başıdır, – Aslan
izah etdi; – Dişləri elə uzun və itidir ki, mən Totonu asanlıqla parçalayacağım kimi onlar da məni
asanlıqla parçalaya bilərlər. Mən Kalidaslardan yaman qorxuram.
- Nə üçün qorxduğunu başa düşürəm, – Doroti dedi, – demək ki, onlar çox əcaib
varlıqlardır!
Aslan nəsə demək istədi, amma dostlar artıq başqa bir xəndəyə yaxınlaşmışdılar.
Xəndək elə enli idi ki, Aslan bu dəfə tullana bilməyəcəyini başa düşdü.
Yolçular bir qədər məsləhətləşdilər. Uzun mübahisə və fikirdən sonra Bədheybət
təklif etdi:
- Xəndəyin kənarında hündür ağac bitir. Odunçu onu yarıb xəndəyin üstünə körpü
kimi salsa, biz o biri tərəfə keçə bilərik!
- Əla fikirdir! – Aslan dedi; – Mənə elə gəlir ki, sənin başındakı saman deyil, əsil
beyindir.
Odunçu işə başladı. Baltası çox iti idi, tez bir zamanda ağacı kəsdi. Aslan güclü
pəncələriylə ağacı itələyib xəndəyin üstünə saldı. Yolçular bu əcaib körpünün üstündən keçməyə
hazırlaşırdılar ki, birdən nərilti eşitdilər. Onlara tərəf iki qəribə canlının qaçmaqda olduğunu
gördülər. Canlılar həm ayıya oxşayırdı, həm də pələngə.
- Bu Kalidaslardır! – Qorxaq Aslan qışqırdı və əsim-əsim əsməyə başladı.
- Tez olun, o biri tərəfə qaçın! – Bədheybət əmr etdi.
Dostlar bir-birinin ardınca tələsik xəndəyin o biri tərəfinə qaçdılar. Qorxaq Aslan
Kalidaslara tərəf dönüb elə nərə çəkdi ki, Doroti qışqırdı, Bədheybət yıxıldı, Kalidaslar isə
təəccüb içində donub qaldılar. Bir azdan onlar başa düşdülər ki, Aslandan iridirlər və sayca
çoxdular. Kalidaslar irəli cumdular. Aslan körpünün üstüylə qaçıb xəndəyin o biri tərəfinə keçdi,
gördü ki, Kalidaslar onun arxasınca qaçır. Qorxaq Aslan Dorotiyə dedi:
- Məhv olduq! Onlar bizi tikə-tikə edəcək! Mənim arxamda gizlən. Mən son nəfəsimə
qədər onlarla döyüşəcəm.
- Dayanın! – Bədheybətin ağlına bir fikir gəldi. O, Dəmir Odunçuya əmr etdi ki,
ağacın ucunu baltalasın. Dəmir Odunçu belə də etdi. Kalidaslar artıq körpünün ortasına qədər
gələ bilmişdilər, birdən körpü dəhşətli şaqqıltıyla xəndəyin dibinə düşdü. Kalidaslar sivri
daşlara çırpılıb öldülər.
- Off! – Aslan rahat nəfəs aldı; – Yaşamaq nə yaxşı şeydir! Bu heyvanlar məni elə
qorxutdular ki, hələ də ürəyim əsir.
- Eh, mən də ürəyimin əsməsini elə istəyirəm ki... – Dəmir Odunçu ah çəkdi.
Bu hadisədən sonra yolçular meşədən daha tez çıxmağa can atdılar. Onlar elə sürətlə
addımlayırdılar ki, Doroti yoruldu və Aslanın belinə mindi. Xoşbəxtlikdən meşə tezliklə seyrəldi
və yolçular sürətlə axan geniş bir çaya çatdılar. O biri sahildə gözəl mənzərə, əlvan gül-çiçəklə
dolu yaşıl çəmənlər, meyvələrlə dolu ağaclar görünürdü. Yolçular o biri sahilə keçmək istədilər.
- Çayı necə keçək? – Doroti soruşdu.
- Bundan asan iş yoxdur, – Bədheybət dedi; – Dəmir Odunçu bir sal düzəldər, üstünə
minib o biri tərəfə keçərik.
Dəmir Odunçu baltasını işə saldı. Bədheybət isə boş dayanmadı, sahildə bir gavalı
ağacı tapıb meyvələrdən Dorotiyə gətirdi. Doroti sevindi, bütün günü qoz yemək zəhləsini
tökmüşdü, ona görə də həvəslə, yetişmiş şirin gavalıları yeməyə başladı.
Sal düzəltmək üçün xeyli vaxt lazım olur, Dəmir Odunçu baltasını əlindən qoymadan
axşama qədər işləsə də, sal hələ hazır deyildi. Yolçular ağacların altında rahat yer tapıb
gecələdilər. Doroti yuxuda Zümrüd Şəhərini, sehirbaz Ozu gördü. Gördü ki, Oz onu Kanzasa
qaytarır.

Təhlükəli lalə çəmənliyi
Səhər açılanda yolçular yeni güc toplamışdılar, yeni ümidlərlə oyanmışdılar. Doroti
çay sahilində bitən şəftəli və əncirlərdən toplayıb prenseslərə yaraşan bir səhər yeməyi yedi.
Onlara bir çox çətin anlar yaşadan qalın meşə arxada qalmışdı, qarşıda isə Zümrüd Şəhərinə
qədər uzanan gözəl, günəşli bir ərazi uzanmaqdadydı. Düzdür, həmin yerlərə çatmaq üçün
əvvəlcə çayı keçmək lazım idi. Ancaq sal demək olar, artıq hazır idi, Dəmir Odunçu bir neçə tir
daha kəsib onları taxta çivlərlə bir-birinə birləşdirəndən sonra üzməyə başladılar. Doroti və Toto
salın ortasında yer tutdular. Qorxaq Aslan sala pəncəsini qoyan kimi sal əyildi, çünki Aslan iri və
ağır heyvan idi. Dəmir Odunçu ilə Bədheybət tez salın o biri tərəfinə atıldılar ki, sal aşmasın.
Yolçular əllərindəki uzun çubuqlarla salı itələməyə başladılar. Əvvəlcə sal rahat üzürdü, amma
çayın ortasına çatanda, güclü axın salı sarı kərpic yoldan uzaqlaşdırdı. Getdikcə çay dərinləşirdi,
çubuqlar çayın dibinə çatmırdı.
- Çox pis oldu! – Dəmir Odunçu dilləndi; – Belə getsə, çay bizi Qərbin Zalım
Pərisinin torpaqlarına aparacaq. Pəri bizi ovsunlayıb özünə kölə edəcək.
- O zaman mən beyin ala bilməyəcəm – Bədheybət kədərləndi.
- Mən isə cəsarət almaqdan məhrum olacam – Qorxaq Aslan dedi.
- Mən də ürəksiz qalacam – Dəmir Odunçu ah çəkdi.
- Mən də heç vaxt, heç vaxt Kanzasa qayıda bilməyəcəm, – dedi Doroti.
- Biz Zümrüd Şəhərinə hökmən getməliyik! – Bədheybət davam edərək bildirdi,
əlindəki çubuğu çayın palçıqlı dibinə elə qüvvəylə sancdı ki, çubuq ilişdi, Bədheybət onu
çıxarmağa macal tapmamış sal üzüb getdi, Bədheybət çubuqda asılı qaldı.
- Əlvida, dostlar! – O, salın arxasınca qışqırdı, dostları onu çayın ortasında görüb çox
heyifsiləndilər, Dəmir Odunçu az qaldı ağlasın, sonra xatırladı ki, pas ata bilər, göz yaşlarını
Dorotinin önlüyü ilə sildi.
Bədheybətin vəziyyəti pis idi. “İndi vəziyyətim əvvəlkindən lap pisdir, – Bədheybət
düşünürdü, – əvvəllər mən qarğıdalı tarlasında qalmışdım və özümü elə göstərə bilərdim ki, guya
işləyirəm, qarğaları qovuram. Amma indi, çayın ortasında məndən nə xeyir var? Mən, deyəsən,
elə beyinsiz qalacam”.
Sal çay ilə üzüb elə hey uzaqlaşırdı. Qorxaq Aslan dedi:
- Nəsə eləmək lazımdır, Qoy mən suya tullanıb sahilə üzüm, siz də quyruğumdan
bərk-bərk yapışın.
Bu sözləri deyib Aslan suya tullandı, Dəmir Odunçu onun quyruğundan tutdu. Aslan
sahilə tərəf üzdü, salı arxasınca çəkdi. Çox əziyyətdən sonra səyyahlar sahilə çatdılar, amma
onlar sarı kərpic yoldan çox uzaq düşmüşdülər.
- İndi nə edək? – Dəmir Odunçu soruşdu.
- Gərək yolu tapaq, – Doroti dedi.
- Əgər sahilboyu getsək, yolu taparıq, – Aslan təklif etdi.
Dostlar yaxşı dincələndən sonra Doroti zənbilini götürdü və hamı yola tərəf getməyə
başladı. Ətrafda gül-çiçək açmışdı, meyvə ağacları vardı, günəş işıq saçırdı. Bədheybətin başına
gələnlər olmasaydı hamı özünü xoşbəxt sanardı.
Yolçular sürətlə gedirdilər. Doroti əyildi ki, xoşuna gəlmiş bir gülü dərsin. Bu an
Dəmir Odunçu qışqırdı:
- Bir ora baxın!
Hamı baxıb gördü ki, çubuğa sancılmış Bədheybət çayın ortasında qalıb. O, elə
bədbəxt və yalqız görünürdü ki...
“Onu necə xilas edək?” – Doroti fikirləşdi. Aslan və Dəmir Odunçu nə edəcəklərini
bilmirdilər. Dostlar çay kənarında əyləşib bir-birilərnə baxırdılar. Yaxınlıqdan bir leylək uçurdu.
Leylək dostlara yaxınlaşıb yerə qondu.
- Siz kimsiz, hara gedirsiz? – soruşdu Leylək.
- Mən Dorotiyəm, bunlar mənim dostlarımdır. Biz Zümrüd Şəhərinə gedirik.
- Zümrüd Şəhəri başqa səmtdədir, – Leylək təəccüblə dedi.
- Bilirəm, – Doroti söylədi; – Dostumuz Bədheybəti itirmişik, onu xilas etmək
istəyirik.
- Bəs o hanı?
- Çayın ortasında, çubuğa ilişib qalıb.
- Bu qədər böyük və ağır olmasaydı onu dimdiyimdə tutub gətirərdim – Leylək
bildirdi.
Doroti sevinclə:
- Bədheybət çox yüngüldür! – dedi, – axı o samandandır. Onu gətirsəniz sizə
minnətdar olarıq.
- Yaxşı, amma bilin ki, dostunuz ağır olsa, onu çaya atmağa məcbur olacam.
Quş göyə qalxıb çayın ortasına uçdu, dimdiyiylə Bədheybəti tutub havaya qaldırdı və
asanca onu sahilə, dostlarının yanına gətirdi. Bədheybət elə sevinirdi ki, sevincindən hamını bir-
bir öpməyə başladı. Yolçular yollarına davam edəndə də Bədheybət elə hey rəqs edir, “Tra-la-la,
tru-la-la” oxuyurdu. O, dostlarına etiraf etdi:
- Elə bilirdim ki, ömrümün sonuna qədər çayda qalacam. Yaxşı ki, Leylək məni xilas
etdi. Beynim olandan sonra Leyləyi tapıb ona təşəkkür edəcəm.
- Yaxşı, yaxşı, – Leylək dedi; – Bunlar hamısı boş şeydir. Bəlaya düşənlərə yardım
etməyi sevirəm. İndisə mən balalarımın yanına qayıtmalıyam. İnanıram ki, Zümrüd Şəhərinə
gedib sehirbaz Ozu tapacaqsız.
- Təşəkkürlər, – Doroti bunu demişdi ki, Leylək havaya yüksəlib gözdən itdi.
Yolçuların yolu çəmənlikdən keçirdi. Burada o qədər əlvan gül-çiçək vardı ki,
çəmənlik naxışlı xalçaya oxşayırdı. Çəməndə hər növdə və rəngdə gül vardı, amma onların
arasında qıpqırmızı lalələr daha çoxdu.
Lalələrin ətrini ciyərlərinə çəkən Doroti:
- Necə gözəl çiçəklərdir! – söylədi.
- Yəqin, – Bədheybət dedi, – beynim olanda, mən də gözəlliyin nə olduğunu dərk
edəcəyəm.
- Ah, ürəyim olsaydı mən də onları sevərdim, – dedi Dəmir Odunçu.
- Mən həmişə çiçəkləri xoşlamışam, amma heç vaxt belə iri və parlaq rəngli çiçək
görməmişəm, – Aslan da əlavə etdi.
Tədricən o biri güllər azaldı, lalələr hər yeri tutdu. Məlumdur ki, lalələrin ətri canlılara
yuxu verir, lalə talasında qalan canlı elə bərk yuxuya gedər ki, heç ayılmaz. Doroti bunu
bilmirdi, heyranlıqla lalələrə baxırdı. Göz qapaqları ağırlaşırdı, yatmaq istəyirdi. Ancaq Dəmir
Odunçu buna yol vermək istəmirdi, üzünü dostlarına tutub dedi:
- Uşaqlar, biz tələsməliyik, hava qaralana qədər sarı kərpic yolu tapmalıyıq.
Yolçular getdilər, getdilər, amma yolu tapa bilmədilər. Dorotinin ayaqları büküldü,
gözləri yumuldu, qızcığaz lalələrin arasında bərk yuxuya getdi.
- İndi biz neyləyək? – Bədheybət soruşdu.
- Onu burda qoysaq, ölə bilər, – Aslan dedi; – Bu güllərin ətri bizi də öldürəcək.
Baxın, Toto da yatıb, mənim də gözlərim yumulur.
Toto Dorotinin ayaqları altında yumurlanıb yatmışdı. Bədheybətlə Dəmir Odunçuya
isə lalələrin ətri təsir etmirdi.
Bədheybət Aslana:
- Tez burdan qaç, – dedi; – Dorotini biz gətirərik, amma səni qaldıra bilmərik,
ağırsan.
Aslan sürətlə qaçıb lalə talasından uzaqlaşdı. Bədheybətlə Dəmir Odunçu Dorotini
qaldırdılar, Totonu da onun qucağına qoyub apardılar. Onlar xeyli getdilər, lalə talası isə
qurtarmaq bilmirdi. Nəhayət, çayın döndüyü yerə çatanda, gördülər ki, Aslan da lalələrin
arasında uyuyub. Lalə talasının sonuna qədər getməyə Aslanda güc qalmamışdı, o bir azca da
qaça bilsəydi, yaxınlıqdakı yaşıl çəmənliyə çatacaqdı.
- Heyif, – Bədheybət dedi, – qorxaq olsa da Aslan yaxşı yoldaş idi, amma nə etmək
olar, yolumuza davam etməliyik.
Sərin meh qızı yuxudan oyatsın deyə onlar Dorotini lalə talasından uzağa, çayın
sahilinə apardılar, özləri isə oturub gözləməyə başladılar.

Çöl siçanlarının Şahzadəsi
- Sarı kərpic yol hardasa yaxınlıqda olmalıdır, – Bədheybət qızın yanında duraraq
dedi, – təqribən su axınının bizi sürüklədiyi məsafə qədər yürüdük.
Dəmir Odunçu cavab vermək istədi, amma bu an qəribə səs eşitdi. Yağlanmış kürə
oynaqlar üzərindəki başını döndərəndə, Odunçu əcayib bir canlının çəmənliyin üzəriylə qaçaraq
onlara doğru gəldiyini gördü. Bu, nəyisə qovalayan böyük, sarı bir çöl pişiyi idi. Pişik
qulaqlarını arxaya əymiş, iti dişli qorxunc ağzını geniş açmışdı, gözləri qan çanağına dönmüşdü.
Pişik yaxınlaşdıqda Dəmir Odunçu onun balaca, boz rəngli bir tarla siçanını tutmaq istədiyini
gördü. Dəmir Odunçunun ürəyi olmasa da, yırtıcı pişiyin balaca köməksiz bir siçanı
öldürməsinə imkan verə bilməzdi. Odunçu baltasını qaldırdı, pişik onun yanından keçəndə bir
zərbəylə başını bədənindən ayırdı, pişik iki parça olub ayaqlarının altına düşdü.
Tarla siçanı düşmənindən qurtulduğuna görə o saat dayandı, Odunçuya yaxınlaşıb
nazik səslə ciyildədi:
- Oh, təşəkkür edirəm! Həyatımı xilas etdiyinə görə sənə sonsuza qədər minnətdaram!
- Yalvarıram, belə danışma – dedi cavabında Dəmir Odunçu; – Mənim ürəyim
yoxdur, ona görə də ehtiyacı olanlara yardım etməyə çalışıram, hətta adi bir siçan belə olsa.
- Adi siçan! – deyə hiddətlə bağırdı heyvancığaz; – Mən bir Şahzadəyəm, bütün çöl
siçanlarının Şahzadəsi!
- Ah, həqiqətən, – Dəmir Odunçu dedi, Şahzadəyə təzim edərək salamladı.
- Məni xilas etməklə həm şücaət göstərdin, həm də böyük bir işi başardın.
Bu an hər tərəfdən siçanlar tökülüşüb gəldi, onlar Şahzadəni görüncə səsləndilər:
- Ah, əlahəzrət, elə bildik ki öldürülmüsünüz! – Siçanlar ciyildədi; – Necə oldu ki,
Çöl pişiyindən qurtula bildiniz? Şahzadəni salamlamaq üçün o qədər əyilmişdilər ki az qala
təpəsi üstdə duracaqdılar.
- Bax bu məzəli dəmir adam Çöl pişiyini öldürüb həyatımı qurtardı, – Şahzadə Dəmir
Odunçunu göstərdi; – Bundan sonra ona xidmət göstərməli və ən kiçik istəyini belə yerinə
yetirməlisiniz.
- Biz hazırıq! – bütün siçanlar zil səslə bağırışdılar. Bu arada Toto oyanıb ətrafındakı
siçanları görüncə onların üstünə cumub hürməyə başladı, siçanlar qorxub sağa-sola qaçışdılar.
Toto Kanzasda olanda da siçanları qovmağı sevərdi, lakin başa düşmürdü ki, indi bunu burada
etmək olmaz. Dəmir Odunçu Totonu quçağına götürüb siçanlara dedi:
- Qorxmayın! Geri qayıdın! Toto sizə zərər verməz!
Siçanların Şahzadəsi ehtiyatla başını qum təpəciyindən çıxardıb qorxmuş səslə
soruşdu:
- Bizi dişləməyəcəyindən əminsiz?
- Qoymaram bunu etsin, – Dəmir Odunçu dedi, – buna görə də heç qorxmayın.
Siçanlar bir-bir gizləndikləri yerdən çıxmağa başladılar. Toto Odunçunun qucağından
düşmək istəyirdi. O, Odunçunu dişləyə bilərdi, amma başa düşürdü ki, dişləri dəmirə
batmayacaq. Siçanlardan ən irisi bir söz soruşdu:
- Şahzadəmizi xilas etdiyinizə görə bizdən nə istəyirsiz?
- Mən bildiyimə görə biz heç nə istəmirik – Dəmir Odunçu cavab verdi. Ancaq
düşünməyə çalışan və başı samanla dolu olduğuna görə bunu başarmayan Bədheybət tez özünü
ortaya soxdu:
- Hə, istəyirik; siz dostumuz Qorxaq Aslanı xilas edə bilərsiz, o, lalə talasında yuxuya
gedib.
- Aslanı? – Siçanların Şahzadəsi çığırdı; – Axı o bizim hamımızı yeyər!
- Oh, elə deyil, - Bədheybət başa saldı; - bu Aslan qorxağın biridir.
- Doğrudan? – Siçan soruşdu.
- Hər halda, özü belə deyir, – Bədheybət cavab verdi; – O heç vaxt öz dostlarını
incitməz. Onu xilas etsəniz, and içirəm ki, sizinlə nəzakətlə davranacaqdır.
- Yaxşı, elə isə biz razıyıq, – Şahzadə bildirdi; – ancaq biz Aslana necə kömək edə
bilərik?
- Sizə Şahzadə deyən, əmrinizi yerinə yetirə biləcək siçanlar varmı? – Bədheybət
soruşdu.
- Ah, əlbəttə; minlərcə var!
- Elə isə hamısını buraya çağırın, qoy gələrkən hərəsi özüylə bir parça ip gətirsin.
Şahzadə yanındakı siçanlara əmr etdi ki, onun təbəəsində olan bütün siçanları buraya
yığsınlar. Siçanlar əmrləri eşidər-eşitməz tez dörd tərəfə dağılışdılar.
- İndi isə, – Bədheybət Dəmir Odunçuya üzünü tutdu; – sən çay kənarındakı
ağaclıqlara gedib Aslanı daşımaq üçün bir araba düzəltməlisən.
Dəmir Odunçu o saat ağaclıqlara gedib işə başladı; tez bir zamanda kəsdiyi ağac
budaqlarından bir araba düzəltdi. Böyük bir ağac gövdəsindən kəsdiyi parçalarla da dörd təkər
düzəltdi, bunları taxta çıvlərlə arabaya birləşdirdi. O qədər əldən iti olmuşdu ki siçanlar gəlməyə
başlayanda araba çoxdan hazır idi.
Minlərlə sıçan hər tərəfdən qaçıb gəlirdilər; Böyük siçanlar, balaca siçanlar, orta boylu
siçanlar; hər birinin ağzında bir parça ip vardı. Bu zaman Doroti uzun yuxudan ayılıb gözlərini
açdı. Ətrafında minlərlə siçanın qaynaşması onu olduqca çaşdırmışdı. Ancaq Bədheybət
Dorotiyə hər şeyi başa saldı, sonra üzünü balaca Siçanlar Şahzadəsinə tutub dedi:
- Sizi Doroti ilə tanış etmək istəyirəm.
Doroti Şahzadəni nəzakətlə salamladı, Şahzadə onun salamına təzim edərək cavab
verdi, bir anda dostlaşdılar.
Bədheybət və Dəmir Odunçu siçanları gətirdikləri iplərlə arabaya qoşdular, araba
əlbəttə ki onu çəkən siçanların hər birindən min qat daha böyük idi; ancaq bütün siçanlar arabaya
qoşulanda siçanlar onu rahatca çəkə bilirdilər. Hətta çox qəribədir, Bədheybətlə Dəmir Odunçu
da arabaya oturdular, siçanlar arabanı Qorxaq Aslanın yatdığı yerə dartıb apara bildilər.
Aslan çox ağır idi, onu böyük çətinliklə qaldırıb arabaya qoydular. Siçanlar Şahzadəsi
əmr etdi, hamı tez bu yerdən uzaqlaşsın, yoxsa lalələrin bihuşedici ətri siçanları yatızdıracaqdı.
Siçanların sayı çox olsa da, onlar əvvəlcə arabanı yerindən tərpədə bilmədilər.
Bədheybət və Dəmir Odunçu siçanlara kömək etdi, arabanı arxadan itələdilər, nəhayət, Aslanı
yaşıl çəmənliyə gətirdilər ki, o, lalələrin zəhərli havası ilə deyil, təmiz hava ilə nəfəs alsın.
Doroti xilaskarları qarşılamağa çıxdı və yol yoldaşını qurtardıqlarına görə siçanlara
təşəkkür etdi. Aslanı sevməyə başlamışdı, onun xilas edilməsinə çox sevinirdi.
Sonra arabadan ipləri açılan siçanlar öz yuvalarına doğru dağılışdılar. Siçanlar
Şahzadəsi ən axıra qalmışdı:
- Sənə kömək lazım olsa, – dedi, – tarlaya gəlin və çağırın, səsinizi eşidəcək və
köməyinizə gələcəyik. Salamat qalın!
- Əlvida! – hamısı bir ağızdan söylədi. Siçanlar Şahzadəsi qaçaraq gözdən itdi.
Şahzadəni qovmasın deyə Doroti Totonu qucağında bərk-bərk tutmuşdu.
Dostlar Aslanın dövrəsində əyləşib onun yuxudan ayılmasını gözlədilər. Dorotinin
axşam yeməyi üçün Bədheybət yaxınlıqdakı ağaclardan bir az meyvə topladı.

Tarix: 09.06.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 330 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"