beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların işləməsindən kişilər niyə qorxur.?

Aktual mövzulardan biri də, kişilərin öz qadınlarını işləməyə qoymamasıdır. Kişilər arasında keçirilən sorğu-sualdan alınan göstəricilər: belə kişilərin 50-60% təşkil etdiyini göstərir. Yəni, kişilərin çoxu xanımların işləməsinə qəti razı deyil. Təbii ki, bunun da müxtəlif səbəbləri vardı:

1.Qısqanclıq hissidir;

2.Qürur məsələsidir (yəni kişi fikirləşir ki, əgər mən işləyib pul qazaniramsa, həyat yoldaşımın işləməsinə ehtiyac yoxdur. Mən evi dolandıra bilmirəm ki, xanımım gedib işləsin?!);

3.Eqoizm (həyat yoldaşım sərbəst olmasın, məndən asılı olsun);

4.Qorxu hissidir (yəni kişi qorxur ki, birdən xanım daha çox pul qazanar, daha yaxşı yerdə işləyər və get-gedə həyat yoldaşına olan münasibəti dəyişər, yəni, özündən razılıq hissi yaranar);

5.Köhnə fikirli olması (yəni, kişi deyir ki, mən babalarımdan, atamdan belə görmüşəm, belə də olmalidır: qadın nədir, iş nədir. Qadın yalnız evdə oturub ev işləri görməli, uşaqlarına və həyat yoldaşına qulluq etməlidir. Qadınin işləməsi biabırçılıqdı.) və s.

Belə düşünən kişilər çoxluq təşkil etsələr də, bunun tam əksini düşünən insanlar da var. Zövqlər müxtəlif olduğu kimi təbii ki, həyata baxışlar, hər hansı bir məsələyə yanaşma tərzi, fikir və düşüncələrdə müxtəlifdir


Tarix: 19.05.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Kişiler haqqında