beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə görə kişilərin xoşladığı qadınlar...

Qoç: Xoşladığı qadın tipi inadkar və asanlıqla təslim olmayan. Qoçların seçdikləri qadın çılğın olduğu qədər, incə də olmalıdırlar. Onun ağlını başından almaqdan ötrü-dar cins şalvar, ipək kofta və son dəbə uyğun ayaqqabı geyinmək lazımdır.

Buğa: Xoşladığı qadın tipi dadlı yeməklər bişirən və uşaqları sevən (demıli, yaxşı ana olacaq) xanım. Onun ağlını başından almaqdan ötrü-Milli mentalitetimizə uyğun geyinin.məsələn:uzun yupka və sadə kofta.

Əkizlər Xoşladığı qadın tipi-Özünə güvənən və ilk addımı atmaqdan çəkinməyən xanım. Əkizlər darıxdırıcı həyat tərzini sevmədikləri üçün seçdikləri qadın da əyləncəli məkanlara-kinoya və ya teatra getməyi xoşlamalıdır. Onun ağlını başından almqdan ötrü-ipək, krujeva və ya xəz geyinin. Sizə nəinki toxunmaq və əzizləmək, hətta baxmaq belə xoş olmalıdır.

Xərçəng: Xoşladığı qadın tipi-Zərif yerişli, danışığını bilən ağılı və Dünyanın ən cazibədar xanımı. . Kişi xərçənglər istənilən qadına fikir verə bilərlər əsas odur ki, xörəkləri ən azı gələcək qaynananız kimi dadlı bişirəsiz, çünki onun üçün ideal qadın yalnız anasıdır. Onun ağlını başından almaqdan ötrü-Balaca çanta götürün, qeyri-adi kəmər taxın, bəzəkli ayaqqabı alın və mobil telefonunuzdan yumşaq oyuncaq asın-Bütün bunlar sakit xərçəngi ehtiraslandırır.









Oxatan: Xoşladığı qadın tipi-Hündür dağa çıxmaq və ya hirsli rəisin otağına çəkinməyən qız. Oxatan-Kişilər ilk baxışdan mədəbbətə inanırlar və bütün həyatları boyu tanışlıqdan beş dəqiqə sonra vurulduğunu etiraf etməyi bacaran qadını axtarırlar. Onun ağlını başından almaqdan ötrü-Şərq üslubunda aksesuarlar taxın.

Oğlaq: Xoşladığı qadın tipi-İşinə böyük əhəmiyyət verən xanımlardır. İş günü və ya gələcək karyerası barədə daşan qadınlar onları ehtiraslandırır. Oğlaqlar üçün ən əsas qadının ağlıdır. Onun ağlını başından almaqdan ötrü-Qalstuk, papaq, dəri papaq, pencək və idman tərzində çanta taxın, bir sözlə kişi geyiminə qadın incəliyini qatın.

Dolça: Xoşladığı qadın tipi-Müasir dəbə uyğun geyinən qızlar. Orijinal saç, böyük şlayapa, 60-cıa illərin ayaqqabısı-bütün bunlar onun diqqətini cəlb edir. Onun ağlını başından almaqdan ötrü-Orijinal geyimlər seçin, heç kimə oxşamağa çalışmayın. Makiyajda həddi aşmayın. Kişi-Dolçaların fikrincə, gözəllik-təbiilikdir.

Balıqlar: Xoşladığı qadın tipi-Problemləri asanlıqla həll etməyi bacaran işgüzar xanım. Cazibədar bədən quruluşu və cəlbedici geyimlər burada vacib rol oynamır, ən əsası-ürəyin təmiz olmasıdır. Onun ağlını başından almaqdan ötrü-Ayaqlarınızı gözəl göstərən yubkalar və ayaqqabılar geyinin. Bundan əlavə, həmişə səliqəli görünməyə çalışın, onlar bunu sevirlər.














Şir: Xoşladığı qadın tipi-Baxımlı və həmişə formada olan xanımlar. Güzgü qabağıda bəzənən qadın şirlərin xoşuna gəlir. Onun ağlını başından almaqdan ötrü-Parlaq və cazibədar geyimlər alın. Kişi şirlər ilk növbədə qadının geyiminə fikir verirlər.

Qız:Xoşladığı qadın tipi-Ona fikir verməyən işgüzar qadın. Həmin qadın üzr istəməməlidir, çünki kişi qızların özündənrazı xanımlardan xoşu gəlir. Onun ağlını başından almaqdan ötrü-Ciddi və səliqəli dəst geyinin. Ağ kofta, açıq rəngli şalvarlara üstünlük verin, çünki ağ rəng Kişi-Qızlara yazşı təsir göstərir.

Tərəzi: Xoşladığı qadın tipi-Kosmetikadan istifadə etməyi bacaran, əsasən, təbii rənglərə üstünlük verən, sadə geyimli xanım. Kişi-Tərəzilər bayağı qadınları xoşlamırlar. Onun ağlını başından almaqdan ötrü-Qızıl, brilyant və sadə bijuteriya Kişi-tərəzilərə möcüzəli təsir göstərir, buna görə də ilk görüşə bəzək əşyaları taxmağı unutmayın.

Əqrəb: Xoşladığı qadın tipi-Dünyanın ən cazibədar xanımı. Həmin xanım geyiminə (nə qədər acıq-sacıq olsa bir o qədər yaxşıdır) və davranışına (bütün hərəkətlər cəlbedici və ehtiraslı olmalıdır) fikir verməlidir. Onun ağlını başından almaqdan ötrü-Səliqəli manikür etdirin, qəşəng dəri əlcək, qeyri-adi qolbaq və üzük taxın. Kişi-Əqrəblər qadın əllərinə həddindən artıq çox fikir verirlər.


Tarix: 19.05.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 759 Bölmə: Kişiler haqqında