beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri ağlatmaq istəyirsinizsə...

Kişiləri ağlatmaq istəyirsinizsə...

PRS for Music kompaniyasının araşdırması qadınların köməyinə çatar.


Müxtəlif yaş həddli kişilərdən aparılan sorğuya görə, PRS for Music kompaniyası kişiləri ağladan mahnıların siyahısını açıqlayıb.

Birinci yerdə Mayk Stayp öz REM qrupu ilə yerləşib. Onların “Everybody Hurts” (“Hamı bir gün incilir”) mahnısı kişiləri ağladan mahnılar sırasında liderdir. Mahnı 1992-ci il “Automatic for the People” albomundandır.

Ardınca Erik Klepton “Tears İn Heaven” (“Göz yaşları cənnətdə”) mahnısı ilə gəlir. Bu mahnını Erik yeganə oğlu Konnora həsr edib. Konnor 4 yaşında təsadüfi halda Nyu-Yorkda 53-cü mərtəbədən düşərək vəfat edib.

Üçüncü yerdə Leonard Koen “Hallelujah” kompozisiyası ilə gərarlaşıb.
Digərləri: “Nothing Compares 2” (U Şined O’ Konnor),
“With or Without you” (U2),
“The Drugs Don’t Work” (The Verve),
“Candle in the Wind” (Elton Con),
“Streets of Philadelphia” (Brüs Sprinqstin),
“Unchained Melody” (Tod Dunkan)
“Angels” (Robi Uilyams) əsərləridir.

Beləliklə əgər kişilərin incə qəlblərindəki hisslərə toxunmaq istəyirsiniz isə, bu mahnıları öz arxivinizdə saxlaya bilərsiz.


Tarix: 19.05.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Kişiler haqqında