beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri ehtiraslı göstərən geyimlər

Həm kişilər, həm də qadınlar öz geyimləri ilə daha cazibədar görünmək, qarşı tərəfin diqqətini cəlb etmək istəyirlər. Bəs görəsən, qadınların fikrincə, hansı geyimlər kişiləri daha ehtiraslı göstərir? Məqaləni oxuyun və qadınların kişilərdə bəyəndiyi, bəyənmədiyi geyim uyğunluqları ilə tanış olun.

“Men’s Health” jurnalının bu barədə keçirdiyi sorğuya əsasən, qadınlar kişilərin geyim mövzusunda o qədər də zövqlü olmadığını düşünürlər. İndi həmin sorğunun daha dəqiq nəticələri ilə tanış olaq.
Qadınların 44%-i kişilərin geyimlərinin onlara görə böyük olduğunu düşünür, buna görə də geyim seçərkən əyinlərinə tarım oturan paltarlar almağı tövsiyyə edirlər. Yəni, əziz kişilər, qadınlar geyindiyiniz paltarla vücud quruluşunuzu öyrənmək istəyirlər. Zərif cinsin nümayəndələrinin fikrincə, belə geyimlər kişiləri daha seksual göstərir. Onların geyim barəsində əsas şikayətlərindən biri isə kişilərin şalvar seçimində çox vaxt səhvə yol vermələridir. Qarşı tərəfin fikrincə, kişilər əksər hallarda bədən quruluşlarına uyğun olmayan və düzgün formada tikilməyən şalvarlar seçirlər ki, bu da onların budlarını daha qalın və kobud göstərir. Qadınlar düşünürlər ki, hətta kişilər alış-veriş edərkən aldıqları geyimi əyinlərinə geyinib yoxlamırlar.

Qadınların 47%-i geyimlərimizin sıxıcı olduğunu düşünür.
Ola bilsin ki, sizin iş yerinizdə rəsmi geyim mütləqdir. Lakin bu o demək deyil ki, geyimləriniz eyni zamanda sıxıcı olmalıdır. Xəbəriniz olsun: artıq geyimləriniz qadınlarda elə təəsurat yaradıb ki, sizin qardirobunuzda xaki və mavi rəngdən başqa rəngli geyimlər yoxdur. Qadınların 60%- i sizin ancaq eyni rəngli geyimləri uyğunlaşdırmağınızı başa düşmür, daha fərqli rənglərdə geyimlər sınamağınızı məsləhət görürlər.

34% qadın qonaqlıqlara, partilərə gedərkən diqqətsiz geyindiyiniz fikrindədir.
Hər hansısa bir partiyə dəvətlisinizsə, bu zaman xanımınızdan “Görəsən, nə geyinim” deyə soruşmağınıza ehtiyac belə yoxdur. Əmin olun ki, parça şalvarla nə çox abartılı, nə də çox sadə olmayan bir pencəyi kombin etsəniz, mükəmməl nəticə elə edəcəksiniz. Lakin unutmayın ki, bu məsələdə ayaqqabılar da mühüm rol oynayır. Yəni, geyindiyiniz paltara uyğun olmayan yalnış ayaqqabı seçməyiniz, bütün görünüşünüzə təsir edə bilər. Geyiminizdə qalstukdan da istifadə etmək istəyirsinizsə, onu azca genişləndir. Bu sizin görünüşünüzə əlavə rahatlıq qatacaq.

Qadınların 30%-i kifayət qədər rəngli geyinmədiyinizi düşünür.
Unutmayaq ki, rəngli geyim dedikdə heç də bir-biri ilə uyğunluğu olmayan geyimlərin sintez edilməsi nəzərdə tutulmur. Belə geyinmədkənsə, o boğucu, sıxıcı dediyimiz rənglərdən istifadə etməyiniz daha məsləhətli olardı. Əgər bu dəfə özünüzdən fərqlilik edib rəngli geyim seçmək istəyirsinizsə, bu zaman diqqət etməli olduğunuz iki şey var: birincisi, seçdiyiniz geyimin dəri rənginiz ilə uyğunlaşması, ikincisi seçdiyiniz rənglərin bir-biri ilə uyğunluğu. Həm də yaddan çıxarmayın ki, rəngli geyinmək heç də mütləq şəkildə çox abartılı, tünd rənglərin seçilməsi demək deyil. O qədər də parlaq, diqqəti cəlb etməyən rənglərlə də maraqlı kombin əldə etmək mümkündür.

Qadınların 37%-i kostyumlarınızın sizə uyğun olmadığını düşünür.
Mahir dərzinin əlindən çıxmayan kostyum ətrafdakılarda bu geyimin ucuz mağazadan alındığı təəssuratını yaradır. Bunun əksinə olaraq, əyninizə tam oturan kostyum isə üzərinizdə olduğundan daha bahalı görünür. Buna görə də əgər aldığınız hər hansısa kostyumun qollarının və ya çiyninin sizə uyğun olmadığını düşünürsünüzsə, bu zaman dərziyə müraciət etməyiniz mütləqdir. Əgər kostyum almaqdansa, tikdirməyi daha üstün hesab edirsinizsə, bu zaman çalışın ki, ucuz parçalardan uzaq durasınız. Bəlkə də həmcinsləriniz o dəqiqə bunun fərqinə varmayacaqlar, amma əmin olun ki, bunu anlamaq qarşınızdakı qadının ən çox beş dəqiqə vaxtını alacaq.


Tarix: 07.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Kişi Tərzi