beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şar,kürə görmək

Yuxuda Yerə doğru yaxınlaşan alovlu kürə görmək – gələcəkdə planetimizi dağıdacaq böyük meteroit təhlükəsinə işarədir. Belə yuxu bədbəxtlik əlamətidir. Yuxuda Yer kürəsi görmüsünüzsə, bu yuxu planetinizin real təhlükə altında olduğuna işarədir.Bu təhlükə kənardan deyil, məhz insanların özlərindən gələcək. Məsələ ondadır ki, planetin sakinləri zərif ulduzun üzərində yaşadıqlarını tamamilə unudublar. Hər bir konkret ölkə, hətta hər bir insana elə gəlir ki, o digərlərindən güclüdür və onların ən başlıca istəyi bütün dünyaya öz varlıqlarını silah və zorakılıqla göstərməkdir. Yuxuda Yerə yaxınlaşan iri, tünd kerə görmək – planetimizi ekoloji böhran gözlədiyinə və onun müxtəlif zavodlar tərəfindən atılan tullantılar hesabına yaranacağına işarədir. Elə bir zaman gələcək ki, Yerə boz bulud düşəcək və insanlar hava çatışmazlığından əziyyət çəkəcəklər. Yuxuda yerin üzərində parlayan kürə görmüsünüzsə, belə yuxu Yerə digər planetlərdəncanlı varlıqların gələcəyinə və onların planetimizin insanları ilə əlaqə yaradaraq çoxlu maraqlı məlumatlar verəcəyinə işarədir. Belə yuxunu görən insan gələcəkdə onu qorxuya salan, o vaxta kimi ona məlum olmayan hadisə ilə qarşılaşacaq. Yuxuda odlu kürədən qaçmaq – qorxulu müharibədən xəbər verir.Bu yuxunu görən insan üçün müharibədə böyük itkilər verəcəyinə və bu dəhşətli vuruşmada fəal iştirak edəcəyinə işarədir.


Tarix: 02.04.2014 / 14:37 Müəllif: Ebulfez Baxılıb: 100 Bölmə: K hərfi