beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KƏ`BƏ

Ən gözəl röyalardan sayılır. Yuxuda Kə`bəni görən qadındırsa, böyük bir mövqe sahibi tərəfindən evlənmək təklifi alacaq. Röyada Kə`bə-görüləcək xeyirli bir işin müjdəçisidir, yuxuda röya sahibi ürəyindən keçən pis bir əməldən sakınacaq. Röyada Kə`bəyə girən adam hökmdar hüzuruna çıxar. Kə`bədən bir şey aldığını görən kimsə hökmdardan birşey alar. Kə`bədə namaz qıldığını görmək-bir başkan və ya imamdan qüvvət almağa, düşmənlərinbədxahlığından qurtarmağa və xeyrə qovuşmağa yozulur. Kə`bəyə gedib orda həcc mərasimiylə bağlı bir iş görmək-din vəzifə borclarından çıxmaq üçün səy göstərmək, çalışmaq lazımdır. Kə`bənin divarlarından birinin yıxıldığını görmək-hökdarın öləcəyini xəbər verir. Məkkədə bir vəzifəyə təyin edildiyini görmək-dini işlərlə ilgili bir vəzifə anlamına gəlir. Məkkədə ölülər arasında olduğunu və sorğu-suala tutulduğunu görən adam şəhid olacaq. Röyada Kə`bənin üstündə namaz qılan şəxs dinini dəyişdirəcək. Röyada mələklərin göydən endiyini və Kə`bəni təməlindən qaldırıb başqa bir şəhərə qoyduqlarını görmək-o yerdə fitnəkarlıq olacaq. Kə`bədə bir xəta işləndiyini görən kimsə günahkar adamların yoluna qədəm qoyub. Çeşidli yozumlara görə, Kə`bə-cənnəti, İmamı, Qur`anı, sünnəti, alim bir adamı, ata və ana kimi övladlarını haqq yoluna, hidayətə çağıran kimsələri ifadə edir. Yuxuda öz evinin Kə`bə olduğunu görmək-bu röya o adamın elmini və görduyu işdən dolayı qapısının qələbəlik olacağını göstərir. Röya sahibi kölə isə, azad olacaq. Röyada Kə`bəni təvaf etdiyini (dörd dolandığını) görən adam bir alimin, ibadət əhli bir kimsənin, valideyinlərinin, arvadının, yaxud əsilzadə bir şəxsin qulluğunda duracaq.


Tarix: 13.03.2014 / 15:13 Müəllif: Ebulfez Baxılıb: 134 Bölmə: K hərfi