beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arvadla elaqe vaxti ne deyilir?

Müselman kişi qadının yanına gelib onunla cinsi elaqeye girende bunları demelidir: «Bismilleh, Allahumme cennibne eş-şeytan, ve cennib eş-şeytane me rezaqtene (Allahın adı ile, Allahım, bizi şeytandan uzaq ele. Şeytanı bizden törenenlerden uzaq ele!)». Peyğember (s.a.s) demişdir: «Bu duanı oxuyan kimseye Allah bir uşaq vererse, şeytan o uşağa heç bir zerer yetire bilmez». Elaqe nece olur: Kişi, qadının cinsiyyet üzvünden (uşağın geldiyi yerden) olmaq üzre istediyi şekilde xanımı ile cinsi elaqede ola biler. Allah teala buyurur: «QADINLARINIZ SIZIN (ÖVLAD EKDIYINIZ) TARLANIZDIR. Öz TARLANIZA HANSI TEREFDEN İSTEYIRSİNİZ GIRIN» (el-Beqere, 223). «Hansı terefden isteyirsiniz», yeni üz üste, arxası üste, yan üste ve s. veziyyetlerde. (Hansı şekilde olursa-olsun, elaqe cinsiyyet üzvünden olmalıdır). Bu barede hedis çoxdur. İkisile kifayetlenek: BİRİNCİ: Cabirin (radiallahu anhu — Allah ondan razı olsun! — bundan sonra: r.a) hedisi: «Yehudiler deyerdiler: Eger kişi öz arvadı ile arxa terefden onun qabağı ile olmaqla elaqeye girse, doğulan oğul daha güclu olur. Bu aye nazil oldu: «QADINLARINIZ SİZİN (ÖVLAD EKDİYİNİZ) TARLANIZDIR. ÖZ TARLANIZA HANSI TE- REFDEN İSTEYİRSİNIZ GİRİN» (el-Beqere, 223). Peyğember (s.a.s) demişdir: «Qabaqdan olsun, arxadan olsun. Elaqe yalnız fercde (qadının cinsiyyet uzvu — terc.) olmalıdır». İkinci: İbn Abbasın hedisi: «Bir mehellede ensarlar yaşayırdılar. Onlar hele butperest idiler. Qonşu mehellede yehudiler yaşayırdılar. Onlar kitab ehli idiler. Özlerini qonşularından daha çox bilikli gösterirdiler. Öz adet ve enenelerine çox sadiq qalmışdılar. Kitab ehline olan gösterişlerden biri de bu idi ki, qadınlarla yan terefden elaqede olsunlar. Bu cur qadın daha örtulu olur. Ensarlar da bu adeti qebul etmişdiler. Qüreyşliler qadınlarla ensarlar üçun meqbul olmayan bir şekilde elaqeye girirdiler. Onlarla qabaqdan, arxadan ve arxası üste uzanmış veziyyetde elaqede olurdular. Mühacirler Medineye gelenden sonra onlardan biri ensarlardan olan bir qadınla evlenir. Onunla deyildiyi kimi elaqede olurdu. Lakin qadın bunu redd edib dedi: — Biz yan terefden elaqede oluruq. Ya sen de bele ele, ya da aralanaq. Bu iş böyudu. Xeber gedib Peyğembere (s.a.s) çatdı. Allah nazil etdi: «QADINLARINIZ SİZİN (ÖVLAD EKDİYİNİZ) TARLANIZDIR. ÖZ TARLANIZA HANSI TEREFDEN İSTEYİRSİNİZ GİRİN» (EL-Beqere, 223). Yeni qabaqdan, arxadan ve arxası üste uzanmış halda. Bununla uşaq doğulan yer nezerde tutulur.


Tarix: 19.11.2013 / 02:15 Müəllif: Akhundoff Baxılıb: 950 Bölmə: Islamda Cinsellik