beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dün və bu gün
Dün və bu gün

Dün səadətlə parlayan gözlər,
Şimdi yəsü kədər nisar eylər.
Dün təhəvvürlə gürləyən sözlər,
Şimdi bir başqa macəra söylər.
Dünkü xəndan könül bu gün sızlar,
Dün sönən bir əməl bu gün parlar.

Mərhəmətsizdir iştə köhnə fələk,
Bəşəriyyətlə əylənir daim.
Bəşəriyyətlə əylənir gülərək...
Dünkü məhkum olur bu gün hakim,
Dünkü bədbəxt olur bu gün məsud,
Dünkü məsud olur bu gün mərdud.

Başqa, pək başqa şimdi zevqi-cihan,
Dünkü peymanələrdə qan coşuyor.
Dünkü məmurələr bu gün viran,
Dünkü viranələr bu gün məmur...
Həp pozulmuş da dünkü peymanlar,
Yeni dost olmuş əski düşmanlar.

Yoq təbiətdə öylə bir qüvvət,
Əbədi, həm də paydar olsun.
Həp dəyişməkdədir bütün xilqət,
Həp dəyişməkdədir həyatü fünun.
Olmayan varmı inqilabə zəbun?
Varmı sarsılmaz öylə bir qanun?!

Seyr edin iştə kainatı bütün,
Devrilir hər adımda bir əzəmət,
Dinləməz dünkü hadisatı bu gün,
Parlıyor hər dəqiqə bir hikmət.
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur


Tarix: 04.06.2015 / 17:02 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Hüseyn Cavid