beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menim Tanrim

MƏNİM TANRIM
Hər qulun cahanda bir pənahı
var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir,
sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa
da,
Uğrunda mənliyim bərbad olsa
da,
Son dildarı gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana
bənzər,
Sevgisiz bir başda əqrəblər
gəzər,
Nə görsəm, hanki bəzmə etsəm
güzər,
Həp duyduğum gözəllikdir,
sevgidir.


Tarix: 19.11.2013 / 03:35 Müəllif: Akhundoff Baxılıb: 362 Bölmə: Hüseyn Cavid