beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövsümün ətək dəbi

Hər hansı bir xüsusi ziyafətə, yaxud xüsusi görüşə gedən xanımın geyimini onun zövqlə seçilmiş ətəyi tamamlayır. Bir neçə il bundan qabaq xanımların şalvar geyinməsi çox dəbli hesab olunurdusa, bu gün artıq şalvarlar ikinci plana keçib. Əsas yer ətəklərə verilib.

Belə ki, hələ keçən ildən dünyanın tanınmış dəb ustaları mini ətəklərin tarixə qovuşduğunu demişdilər. Bunu nəzərə alaraq əminliklə deyə bilərik ki, 2012-ci ilin qış mövsümünün dəbli ətəkləri sırasında midi – dizdən olan ətəklər daha çox qabardılır.

Mütəxəssislər qeyd edirlər ki, işləyən xanımların da ətək geyinməsi çox məqsədəuyğundur.

Nəzərə alsaq ki, 2012-ci il əlvan rənglərin ilidir, dizaynerlər də öz kolleksiyalarında rəngarəng geyimlərə, xüsusilə də daha fərqli rəngli ətəklərə üstünlük veriblər. Bunlardan qırmızı, mavi, çəhrayı, qara, boz daha aktual olacaq. Bunların sırasından sevdiyi rəngi seçib geyim tərzinizi daha da baxımlı edin. Gündəlik həyatda çox rahatlıqla geyə biləcəyiniz ətəklər sizi həm də daha fərqli göstərəcək.


Tarix: 26.12.2012 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Geyim/Moda/Deb