beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarderob üçün təkliflər

Adətən, geyinmə otağı yataq otağının yanında ayrıca bir otaqda hazırlanır. Kiçik evlərdə qarderob üçün ayrıca otaq ayırmaq bir az çətin olsa da, böyük evlərdə geyim otağına xüsusi otaq ayrılır.

Geyinmə otağını dekorasiya edərkən ilk növbədə onu yadda saxlayın ki, otağın hər bir hissəsini diqqətlə istifadə etmək lazımdır. Paltar şkafı alarkən eləsini seçin ki, siyirmələri və rəfləri çox olsun. Dizaynerlər məsləhət görürlər ki, paltar şkaflarının daha açıq tonda olanlarına üstünlük verəsiniz.

Xüsusilə də, şkafın bir tərəfində boyunuza uyğun aynanın olmasına diqqət yetirin. Açıq, yəni qapısı olmayan şkaflar müasir görünsə də, istifadə baxımından bir o qədər də əlverişli deyil. Çünki, paltar dolabınız hər zaman səliqəli olmaya da bilər. Bu səbəbdən də şkaf qapıları bu dağınıqlıqları gizlədə bilər. Amma açıq dolablarının da bir özəlliyi var ki, istənilən geyimi tez bir zamanda tapmada yardımçı olur.

Geyim şkafı yalnız paltarlar üçün deyil, eyni zamanda ayaqqabı, çanta, hətta aksesuarlarınız üçün də əlverişli yerdir.

Geyinmə otağınızda rahat hərəkət etmək və doğru paltar seçmək istəyirsinizsə otağın işıqlandırılmasına da fikir verməlisiniz. Işıqlı otaqda daha yaxşı geyim seçib, rahat və tez bir zamanda hazırlana bilərsiniz.


Tarix: 26.12.2012 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Geyim/Moda/Deb