beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim seçərkən rənglərdə diqqətli olun!

Tanınmış dəb ustaları qadınların gözəlliklərini qabarıq əks etdirən paltarları geyinmələrini tövsiyə edirlər. Bir çox qadın fikirləşir ki, öz ölçülərindən bir neçə ölçü iri paltar geyinsələr bədənlərində olan çatışmazlıqları ört-basdır edə bilərlər. Amma bədən ölçülərindən iri olan paltarlar xanımları heç də cazibədar göstərmir.

Paltarlarda olan mürəkkəb elementlər, görkəmsiz ciblər, yersiz qırışlar xanımların yaraşıqlı görkəmini itirir. Xanımlara dizdən olan və mini ətəklər daha çox yaraşır. Şalvarlar, şortlar, kostyumlar xanım incəliklərini qabarıq şəkildə nəzərə çatdırmır. Donlar, ətəklər xanımlara daha çox yaraşır.

Qadınları daha cazibədar göstərən parçalara gəldikdə isə bunlar – ipək, atlas, məxmər və xəzdir. Təbii parçalar sintetik parçalardan daha çox xoşagələndir.

Qadınlara ən çox yaraşan rənglər – zoğalı, qara, ağ, qara, göy, qırmızı və mavidir. Yaşıl və boz rənglər də qadınların sevimlisidir. Araşdırmalar göstərmişdir ki, qırmızı və mavi rəngli paltarlarla yaşı 50-dən yuxarı olan kişiləri daha asanlıqla cəlb etmək olar. Geyimlərdə qırmızı və göy, qara və ağ daha yaxşı bir-biri ilə uyğunlaşır. Sarı və narıncı, xaki, qəhvəyi rənglərdən geyimində istifadə edən xanımlar o qədər də cazibədar görünmür.


Tarix: 26.12.2012 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 374 Bölmə: Geyim/Moda/Deb