beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günün qoroskopu 15.03.2014

Qoç - Yaxın ətrafınızdakı insanlarla
dil tapa bilsəniz də, ünsiyyət sizi
sevindirmək əvəzinə, usandırır. Tək
qalmağa, hiss və fikirlərinizdən baş
çıxarmağa, vaxtınızı maraqlı işə
həsr etməyə can atırsınız. Kimsənin
sizi işdən ayırmasını istəmirsiniz.
Yaxınlarınızın marağı, qayğıları
bəzən cansıxıcı olur, ifrata varır.
Qıcıqlanmayın. Münaqişələrə səbəb
olmayın, sakitliyi emosional
partlayışla əvəzləməyin.
Alış-veriş üçün əlverişli gündür.
İmiclə eksperimentlər etmək olar.
Səhhətinizin qeydinə qalın.

Buğa - Maraqlı tanışlıqlar vəd edən
gündür. Diqqətə layiq olan insanlar
sizinlə maraqlanacaqlar . İstənilən
görüş yaxşı keçəcək. İşgüzar
fəaliyyət və maliyyə ilə bağlı
məsələləri qeyri-formal şəraitdə
müzakirə etmək olar. Kommersiya
fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan
birində faydalı məlumat və ya
maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş
etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.

Əkizlər - Çətin və qarışıq gündür.
Yaranan sədləri dəf edərək
məqsədə doğru irəliləyin. Maliyyə
problemləri yaranacaq. Yardım üçün
dostlara və ya yaxın bildiyiniz
insanlara müraciət etmək olar. Alış-
veriş və ya sərmayə ilə bağlı qərar
verməzdən əvvəl bir qədər
düşünün, götür-qoy edin. Təcrübəli
insanın məsləhətlərinə qulaq asın.
Uzun müddətdən bəri dil tapa
bilmədiyiniz insanla
münasibətlərdə dəyişikliklər ola
bilər. İstək və niyyətləriniz barədə
açıq danışın. Sizə rəğbət bəsləyən
insanların dəstəyindən yararlana
bilərsiniz.

Xərçəng - Şərtlər uğurlu olmasa da,
inadkar və qətiyyətli olun.
Situasiyanın yaxşılığa doğru
dəyişəcəyini gözləmədən irəliləyin.
Çaş-baş qalmayın, ardıcıl hərəkət
edin, seçdiyiniz yoldan çıxmayın.
Gördüyünüz işin nəticəsinə nail
olun.
Kiçik gəlirlər olacaq. Əldə olunan
pulları xərcləməyə tələsməyin.
Praktik məzmunlu layihə və ya
ideyanı reallaşdırmaq üçün əlverişli
gündür. Yaşam arealında
dəyişikliklər etmək, təmirə və ya
yeniliklərə başlamaq olar. Kulinar
eksperimentlər uğurlu alınacaq.
İmicdə ciddi dəyişikliklər etmək
məsləhət deyil. Nəticə sizi
təəccübləndirə bilər.

Şir - Mürəkkəb və qarışıq gündür.
Mənfi təmayüllərin təsiri çox
güclüdür. Problemlər əsla
gözləmədiyiniz yerlərdə və
zamanlarda yaranır. Bütün işlərdə
etibar etdiyiniz insanla
münasibətlərdə sərinləşmənin
yaşanmasına imkan verməyin.
Tanışlarınız sizə çoxdankı yanlışlıq
və səhvlərinizi xatırladacaqlar .
Söhbətin qarşılıqlı iradlara, sərt
açıqlamalar mübadiləsinə
çevrilməsinə imkan verməyin. Sayıq
və həssas davranın, qarşı tərəfi
nədəsə ittiham etməyin.
Günün ikinci yarısında yaradıcılıq
potensialı yüsək olacaq.
Təxəyyüldən bəhrələnə bilərsiniz.
Problemlərin orijinal həllini tapın,
təkrarolunmaz variantı seçin.

Qız - Çətin və mürəkkəb
problemlərin həlli üçün əlverişli
zamandır. Uğur qazanacağınıza
şübhə etsələr də, konkret planı
reallaşdıra bilərsiniz. Ağır
situasiyada dadınıza yetəcək
yardımçılar və müttəfiqlər var. İşləri
düzgün planlaşdırın. Liderlik
məziyyətləriniz i və təşkilatçılıq
bacarığınızı nümayiş etdirin.
Müstəqil hərəkət edərək qərar verə
bilməyənləri arxanızca aparın.
Sevdiyiniz insana günün ikinci
yarısında diqqət ayırın. Hər ikiniz
üçün mühüm olan məsələni
müzakirə edin. Bu, münasibətlərin
inkişafı üçün faydalıdır.
Ailə üzvləri və ya qohumlarla
gəzintiyə, səfərə yollanmaq olar.
Vaxtınızı xoş keçirin.


Tarix: 15.03.2014 / 12:53 Müəllif: ADMIN Baxılıb: 274 Bölmə: Gündəlik Ulduz Falı