beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey Vətən – Flora Kərimova

Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm, ey Vətən.
Meşələrin çətirlidir,
Gül-çüçəyin ətirlidir, ey Vətən.

Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.

Tarixlərdə adın olub
Ağ günlərin nəğmə dolu
Bir anasan məhəbbətli
Gözəllərin sədaqətli.

Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.


Tarix: 22.01.2015 / 18:18 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Flora Kərimova