beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalvarıram – Flora Kərimova

İnanmıram sevgimiz bir badə şərabmış,
Məhəbbətsiz ötən hər gün inan əzabmış.
Yollarımız çətin ki, hardasa qovuşa,
Bu dünyanın gündüzü gecəsi sovuşa.

Yalvarıram, əzablardan al məni qurtar,
Yuxularda əlimdən tuit özünlə apar…
O dünyada bəlkə ruhumuz qovuşacaq.
Sənsiz ürək qiyamət qoparacaq!

Darıxıram, dünyam sənsiz qürbət olarmış,
Gecə gündüz göylərimiz qəmlə dolarmış…
Yağış yağa bəlkə qəmi kədəri yuya,
Ayrılıqdan bu dünyamız bəlkə də doya!


Tarix: 22.01.2015 / 18:17 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Flora Kərimova