beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu qarış (film, 1958)

"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır. Devi sonuncu qarışa qədər bütün işləri doğru-düzgün başa çatdırır. Və ata-oğul sağ-salamat aerodroma enirlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Ceyms Oldric
Ssenari müəllifi : Leonid Belokurov
Quruluşçu rejissorlar : Teodor Vulfoviç, Nikita Kurixin
Operator : Samuil Rubaşkin
Rəssam : Aleksey Rudyakov
Bəstəkar : Musa Vaynberq

Rollarda
Slava Muratov – Devi
Nikolay Kryukov (II) – Ben Esli
Mixail Qluzski – Cifford
Əliağa Ağayev – kafe sahibi
Müxlis Cənizadə – mexanik
Aleksey Rozanov – həkim
İvan Dmitriyev – kafe müştərisi


Tarix: 23.02.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Filimler