beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizə məktub var (film, 1998)

"Sizə məktub var" (ing. You've Got Mail) — rejissor Nora Efronun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Co Foks və Ketlin Kelli Manhettendə - Vest-Saydda yaşayırlar və bir-birilərilə internet vasitəsilə danışırlar. Onlar subay deyillər, lakin nəsə onları bir-birinə cəlb edir.

Bir gün məlum olur ki, onlar bir-birinə rəqib olan iki yanaşı kitab mağazalarının rəhbərləridirlər. Bunu ilk olaraq anlayan Co, Ketlinə heç bir şey demir. Və bu virtual məktublaşmaları sonadək davam etdirir...

Film haqqında
Filmin büdcəsi 65 mln. dollara yaxındır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) bu filmin ssenarisi Azərbaycan yazıçısı Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Qeyd edək ki, əsəri oxuyan və filmə baxan hər bir insan bu oxşarlığı asanlıqla görə bilər.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Anar ("Mən, sən, o və telefon" əsəri)
Ssenari müəllifləri : Mikloş Laslo, Nora Efron
Rejissor : Nora Efron
Operator : Nora Efron
Bəstəkar : Kerol Bayer Seycer
Prodüser : Nora Efron

Rollarda
Tom Henks – Co Foks
Meq Rayan – Ketlin Kelli
Parker Pouzi – Patrisiya İden
Qreq Kinner – Frenk Navaski
Hizer Barns – Kristina Plutsker
Holli Herş – Annabel Foks
Jan Steplton – Konrad
Deyv Şapell – Kevin Cekson
Stiv Zan – Corc Pappas


Tarix: 23.02.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Filimler