beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pekinli cangüdən (film, 1994)

Pekinli cangüdən (Çincə:中南海保鏢, pinyin:Zhong Nan Hai bao biao, ingiliscə:The Bodyguard from Beijing) – 1994-cü ildə istehsal edilən baş rolda Cet Linin oynadığı döyüş filmidir.[1][2][3] DVD buraxılışında filmin 70 saniyəlik hissəsində çoxlu qan yerləri kəsilmişdir. Film ABŞ-da Dimension Films kinokompaniyası tərəfindən satışa çıxarılmışdır.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Filmin ölkələrdə çıxış tarixi
4 Özgə dillərdə
5 İstinadlar
6 Xarici keçidlər


Məzmun

Müəllim Kristi Çanq vəhşi bir cinayətin tək şahidi olur. Cinayət şübhəlisi aradan qaldırmaq üçün xüsusi dəstə başçısı professional qatillər tutur. Mişelin zəngin dostu Mişelin qorumasını düzənləmək üçün onu köhnədən Çinin ən güclü liderinin cangüdəni olan Allan Hui adlı cangüdənə tapşırır. Mişel soyuqqanlı və səssiz qorumanın özünü bir səssizcə izləməsindən narahat olur. Ancaq həyatını qurtarınca qorumasına bağlanır və aralarında romantik bir yaxınlıq başlayır...

RollardaAdRolQeydlər
Cet LiAllan Hui Çinq-yeunq/Con ÇanqCangüdən
Kristi ÇanqMişel YanqƏsas şahid
Kolin ÇouVanq Ven Cun/VonqBaş kəsənlərin başçısı
Kent ÇenqÇarli Leunq Kam "Gombul" Podigər cangüdən
Nq Vai KvokCeyms Sonq Sai-ÇenqMişelə cangüdən tutmağa kömək edən və onu sevən
Kori YuenKameoRollardan birini ifa edir


Filmin ölkələrdə çıxış tarixi Honq Konq: 28 iyul 1994
Cənubi Koreya: 6 avqust 1994
Filippin: 8 fevral 1995
Böyük Britaniya: mart 2001 (Video premyera)
Fransa: 24 avqust 2010


Özgə dillərdə Azərbaycan: Pekinli cangüdən
ABŞ: The Defender
Fransa: The Defender
Böyük Britaniya: The Defender
Almaniya: Bodyguard von Peking
Portuqaliya: Chung Nam Hoi bo biu (Kantonca)
Honq Konq: The Bodyguard from Beijing
Macarıstan: A kínai testör
Rusiya: Телохранитель из Пекина


Tarix: 23.02.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 337 Bölmə: Filimler