beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı günəş (film, 1971)

"Qırmızı günəş" (ing. Red Sun) — rejissor Terens Yanqın filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Yapon samurayı Kuroda Zübey diplomatik heyətin tərkibində ABŞ-ın qərb sahillərinə gəlir. Səfir imperatorunun qiymətli hədiyyəsi olan təntənəli qılıncı Amerika prezidentinə aparır. Qılınc təmiz qızılla işlənmişdir. Səfər vaxtı onların getdiyi qatara Qoşun rəhbərliyi altında quldur dəstəsi soxulur. Qoş pullarla yanaşı, qılıncı da götürür. Diplomatik heyətin başçısı Kurodaya yeddi gün ərzində əmanəti qaytarmaq əmri verir.

Qatarın qarətindən sonra Kuroda keçmiş quldur Link Stüartla birlikdə Qoşu axtarmağa gedirlər. Əgər samuray onu lazım olan vaxta qədər tapmasa, harakiri edəcək. O, tapşırığa yollananda Qoşu dərhal öldürməyi qərara almışdı. Lakin iş elə gətirir ki, samuray Linkə Qoşdan pullarla dolu xəlvəti yeri öyrənməyə imkan yaradacağına söz verir.

Kuroda və Link təyin edilmiş yerə gəlib çatırlar. Onlar burada özlərini hinduların hücumundan müdafiə etməli olurlar. Bütün toqquşmalar bitəndən sonra Kuroda Linkin işarəsilə qarşısında olan yaralı Qoşu öldürməyə cəhd edir. Lakin Qoş cəld tərpənərək çevrilir və samuraya atəş açır. Bunu görən Link həmin dəqiqə dostunun qisasını almağı düşünür və Qoşu öldürür.

Ölümcül halda olan Kurodaya qılıncı səfirə qaytarmağı söz verir. O, Qoşun rəfiqəsi Kristinanı da özü ilə aparır. Dəmiryol xəttinə səfirlə görüşməyə qayıdan Link Kurodaya verdiyi vədə əməl edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Lerd Köniq
Ssenari müəllifləri : Denni Bart Petitkler, Uilyam Roberts, Lourens Roman
Rejissor : Terens Yanq
Operator : Anri Alkan
Bəstəkar : Moris Jarr
Prodüser : Ted Riçmond

Rollarda
Çarlz Bronson – Link Stüart
Ursula Andress – Kristina
Tosiro Mifune – Kuroda Zübey
Alen Delon – Qoş
Kapuçine – Pepita
Bart Berri – Pako
Li Börton
Toni Douson
Con Hamilton
Corc Layken
Lük Merenda
Satoşi Nakamura
Co Nieto
Jül Penya
Monika Randall
Hiroşi Tanaka – Muroda
Con B. Vermont
Nakamura Tesu – yapon səfiri


Tarix: 22.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Filimler