beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünən, bu gün, sabah (film, 1963)

"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1964-cü ilin "Oskar" mükafatı:
3.1.2 1964-cü ilin "Devid di Donatello" mükafatı:
3.1.3 1965-ci ilin "BAFTA" mükafatı:
3.2 Nominasiyalar
3.2.1 1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda
4.2.1 "Adelina"
4.2.2 "Anna"
4.2.3 "Mara"


Məzmun

Film 3 hissədən ibarətdir.

Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib.

İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb. Bu əhvalat Milandan olan varlı xanım haqqındadır. Onun ciddi bir kişi ilə sevgi intriqaları var. Anna Renso ilə qaçmağa da hazırdır. Lakin onlar az qala yolda dayanmış uşağı vuracaqdılar. Bundan qaçan Renso Annanın sevimli Rolls-Roysunu başa tərəfə çırpır. Olmuş hadisə həm Rensonu, həm də Annanı münasibətlərinə başqa tərəfdən baxmağa imkan verir.

Üçüncü hissə Çezare Zavattininin yazdığı "Mara"dır. Romada yaşayan gözəl fahişə haqqındadır. Mara ona vurulan ruhani seminariyasının tələbəsilə qonşudur. Əvvəl bu, Maranı əyləndirir. Amma seminariya tələbəsinin təhsilini davam etdirmək istəməməsindən sonra o, öz səhvini başa düşür.

Film haqqında
"Adelina" hissəsinin müəllifi əhvalatı real həyatdan götürüblər. Bu əhvalat qaçaqmalçı Konçetta Mukkardinin başına başına gəlmişdi. Həbsxanaya düşməmək üçün o, 19 dəfə hamilə qalmış və 7 oğul dünyaya gətirmişdi. Konçetta qaçaqmal siqaretlərini ölümünə qədər satdı. Həmin qadın 21 noyabr 2001-ci ildə 78 yaşında vəfat etmişdi.
Filmin "Mara" hissəsinin ən yaddaqalan epizodu müştərisi Ruskoninin qabağında Maranın striptiz göstərməsi səhnəsidir. Bu səhnə 30 ildən sonra Robert Oltmenin "Yüksək dəb" filmində yenidən təqdim olunmuşdur.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1964-cü ilin "Oskar" mükafatı:
Xarici dildə ən yaxşı filmə görə

1964-cü ilin "Devid di Donatello" mükafatı:
Ən yaxşı aktyor – Marçello Mastroyanni
Ən yaxşı aktrisa – Sofi Loren
Ən yaxşı quruluş

1965-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı xarici aktyor – Marçello Mastroyanni

Nominasiyalar

1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
Samuel Goldwyn Award

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İzabella Kuarantotti, Eduardo de Filippo, Çezare Zavattini
Rejissor : Vittorio de Sika
Operator : Cüzeppe Rotunno
Bəstəkar : Armando Trovayoli
Prodüser : Karlo Ponti

Rollarda

"Adelina"
Sofi Loren – Adelina Sbaratti
Marçello Mastroyanni – Karmin Sbaratti
Aldo Quffre – Paskuale Nardella
Aqostinyo Salvetti – həkim Veraçe
Lino Mattera – Amedio Skapisi
Tekla Skarano – Veraçenin bacısı
Silviya Monelli – Elvira Nardella
Karlo Krokkolo
Paskuale Çennamo
Antonio Çançi

"Anna"
Sofi Loren – Anna Molteni
Marçello Mastroyanni – Renso
Armando Trovayoli

"Mara"
Sofi Loren – Mara
Marçello Mastroyanni – Auqusto Ruskoni
Tina Pika
Covanni Ridolfi
Cenaro di Qreqorio


Tarix: 22.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Filimler