beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cangüdən (film, 1961)

"Cangüdən" (yap. 用心棒) — rejissor Akira Kurosavanın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçid
4.1 Video
4.1.1 İzlə


Məzmun

Filmdə baş verən hadisələr XIX əsrdə Yaponiya ərazisində baş verir. Kiçik bir şəhərcikdə iki quldur qəbilə yerli əhalini qorxu və vahimə altında saxlamaqdadırlar. Kuvabatake Sandzuro adlı avara samuray öz qılıncının və fitnə-fəsadlarının köməyi ilə həmin iki dəstəni qarşı-qarşıya qoyur. Bununla da samuray onların bir-birini məhv etməklərinə nail olur. Bu hadisədən sonra kiçik şəhərdə sakitlik bərpa olur və samuray oranı tərk edir.

Film haqqında
Rejissor Uolter Hillin 1996-cı ildə Brüs Uillisin iştirakı ilə çəkdiyi "Tənha qəhrəman" filmi süjet baxımından eynilə "Cangüdən"i xatırladır. Filmlərin arasında olan yeganə fərq yeni işin qanqster döyüş filmi üslubunda çəkilməsidir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Rüdzo Kikusima, Akira Kurosava
Rejissor : Akira Kurosava
Operator : Kadzuo Miyaqava
Bəstəkar : Masaru Sato
Prodüserlər : Rüdzo Kikusima, Akira Kurosava, Tomoyuki Tanaka

Rollarda
Tosiro Mifune – samuray Sandzuro Kuvabatake
Tasuya Nakaday – Unosuke
Yoko Sukasa – Nui
Daysuke Kato – İnokiti
Seydzaburo Kavadzu – Seybey
Takasi Simura – Tokuemon
İsudzu Yamada – Orin
Eydziro Tono – meyxana sahibi Qondzi
Asusi Vatanabe – tabutçu


Tarix: 22.02.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Filimler