beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu cütlüyü Tanrı yaradıb (film, 2008)

"Bu cütlüyü Tanrı yaradıb" (hindi रब ने बना दी जोड़ी) — rejissor Aditya Çopranın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin musiqiləri
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir. Onlar ər-arvad kimi yox, bir evə salınmış iki yad adam kimi yaşayırlar. Lakin Surinder Tanini dəlicəsinə sevir.

İş elə gətirir ki, Tani rəqs kursuna yazılır. Surinder özünü yeni bir imicə salaraq birdən-birə tamamilə başqa bir adama – "Rac"a çevrilir. Bu işdə ona dostu Bobbi yarım edir. Rəqs kursunda tərəfdaş bölgüsü aparılarkən Rac (Surinder) Tani ilə düşür. Tani öz ərini tanımır və getdikcə bu "Rac"a aşiq olur. Sonda yalnız bir problem qalır: Tani əslində kimi sevir – komik və səmimi Racı, yoxsa monoton və utancaq əri Surinderi?

Film haqqında
Film bir çox mükafatlara layiq görülmüşdür.

Filmin musiqiləri
Tujh Mein Rab Dikhta Hai
Haule Haule
Dance Pe Chance
Phir Milenge Chalte Chalte
Tujh Mein Rab Dikhta Hai
Dancing Jodi

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Aditya Çopra
Rejissor : Aditya Çopra
Operator : Ravi K. Çandran
Bəstəkarlar : Səlim-Süleyman

Rollarda
Şahrux Xan – Surinder / Rac
Anuşka Şarma – Tani
Vinay Patak – Bobbi
Kacol
Lara Dutta
Priti Zinta
Bipaşa Basu
Rani Mukherci


Tarix: 21.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 718 Bölmə: Filimler