beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barbos iti və qeyri-adi qaçış (film, 1961)

"Barbos iti və qeyri-adi qaçış" (rus. Пёс Барбос и необычный кросс) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə


Məzmun

Bu, Stepan Oleynikin bir felyetonu əsasında çəkilmiş qeyri-adi və ekssentrik kinokomediyadır. Burada uğursuz brakonyer üçlüyü - Qorxaq, Axmaq və Çoxbilmişin balıqtutma zamanı dinamitlə olan sərgüzəştlərindən danışılır.

Film haqqında
Filmin çəkilmiş hazır materialı 30 dəqiqə təşkil edirdi. Lakin filmin rejissoru Leonid Qayday hazır işi 10 dəqiqəyə qədər qısaldır. Beləcə filmdən bir çox trüklər çıxarılandan sonra bu kadrlar “Araq çəkənlər” filmində istifadə olundu.
Çəkilişlər üçün aktyor Yuri Nikulinin gözlərinə uzun kirpiklər yapışdırılmışdı. Filmin quruluşçu rejissoru Leonid Qayday Yuri Nikulinə demişdi: "Sizin olduqca gülməli simanız var. Burada yalnız bir detal fikirləşmək lazımdır. Siz sadəcə olaraq gözlərinizi qırpın. Əgər belə etmiş olsaq, sima ekranda daha gülməli və daha səfeh görünəcək".

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Stepan Oleynik
Ssenari müəllifi : Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operator : Konstantin Brovin
Rəssam : Konstantin Stepanov
Bəstəkar : Nikita Boqoslovski
Səs operatoru : S. Litvinov

Rollarda
Yevgeni Morqunov – Çoxbilmiş
Georgi Vitsin – Qorxaq
Yuri Nikulin – Axmaq


Tarix: 21.02.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Filimler