beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı, pis, hirsli (film 1966)

Yaxşı, pis və hirsli (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) - Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. Klint İstvudun canlandırdığı Blondi (Sarışın) ləqəbi ilə gəzib-dolaşan kovboyun əsl adı film boyu səslənməmişdir.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda
3 Xarici keçidlər


Məzmun

Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Pis) Blondi (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Blondi quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq o Tukonu asılarkən kəndirə vurduğu güllə ilə ölümdən xilas edir.

Sentenza (Hirsli) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Blondini öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir. Tuko yalnız qəbiristanlığın yerini, Blondi isə qəbirin adını bilirdi. Çətin vəziyyətdə olan bu iki adam məcbur olaraq düşmənçiliyə ara verərək qızılın izinə düşürlər.

Onlar təsadüfən Şimal bölgəsindəki Sentenzanın başçılığı altında olan düşərgədən keçərkən əsir düşürlər. Sentenza orada qızılın yerini bilənləri öyrənir və üç nəfər qəbiristanlığa doğru hərəkət edirlər.

Filmin sonunda kino tarixinin əfsanəvi görüntülərindən biri olan üçnəfərlik duel keçirilir. Bu dueldə sağ çıxan qızılı əldə edəcəkdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Luciano Vincenzoni, Serco Leone
Rejissor : Serco Leone
Operator: Tonino Delli Kolli
Bəstəkar : Ennio Morrikone
Prodüser : Alberto Grimaldi

Rollarda
Eli Vallax - Tuco Benedicto Pacifico Juan Maria Ramirez (Çirkin)
Klint İstvud - Sarışın (yaxşı)
Li Van Klif - Sentenza (Pis)
Aldo Giuffrè
Mario Brega
Luigi Pistilli - Pablo Ramirez
Rada Rassimov - Maria
Enzo Petito - Satıcı
Claudio Scarchilli
John Bartha - Şerif
Livio Lorenzon - Çörəkçi
Antonio Casale - Jackson/Bill Carson
Sandro Scarchilli - Vali
Benito Stefanelli - Kaskadyor
Angelo Novi - Rahib
Antonio Casas - Stevens


Tarix: 20.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Filimler