beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfər (film, 1964)

"Səfər" (ing. The Visit) — rejissor Bernhard Vikkinin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

İnanılmaz dərəcədə varlı qadın Karla Zaxanasian çox illər bundan qabaq rüsvayçılıqdan tərk etdiyi köhnə şəhərə gəlir. Onun Serj Millerdən uşağı olmuşdu. Lakin Serj bu atalığı boynuna almır. Onun bu səfərdə məqsədi burada yaşayan əhali ilə sövdələşməkdir. O, verəcəyi böyük pulların əvəzində Millerin ölüsünü istəyir. Əvvəl bununla razılaşmayan əhali sonra Milleri öldürməyə razı olur. Miller ölümə məhkum edilir. Lakin son anda Karla hökmü dayandırır və əhaliyə onların etdiyi səhvləri başa salır.

Film haqqında
Film Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" əsəri əsasında çəkilmişdir.
Bu filmə görə rejissor Bernhard Vikki 1964-cü ildə Kann kinofestivalında Qızıl Palma mükafatına namizəd olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Fridrix Dürrenmatt
Ssenari müəllifləri : Ben Barzman, Moris Valensi
Rejissor : Bernhard Vikki
Operator : Armando Nannussi
Bəstəkarlar : Riçard Arnell, Hans-Martin Mayevski
Prodüser : Derril F. Zanuk

Rollarda
İnqrid Berqman – Karla Zaxanasian
Entoni Kuinn – Serj Miller
İrina Demik – Anya
Klod Dofin – Bardik
Paolo Stoppa – həkim
Romolo Valli – şəhər rəssamı
Valentina Korteze – Matilda Miller
Marsella Rovena
Eduardo Çanelli
Jak Düfilo
Leonard Ştekel
Ernst Şröder
Fausto Tossi
Hans Xristian Blex
Lelio Lüttassi
Marko Qulyelmi
Renso Palmer
Dante Macio
Rixard Münx


Tarix: 19.02.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Filimler