beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük şəhərdə seks 2 (film, 2010)

Böyük şəhərdə seks 2 (ing. Sex and the City 2) — 2010 – cu ildə Maykl Patrik Kinqin rejissorluğu ilə ABŞ – da çəkilmiş romantik komediya filmidir. Film 2008 – ci ildə çəkilmiş və HBO telekanalının yayımladığı Böyük şəhərdə seks serialının davamı olan eyni adlı filmin davamıdır.

Film 27 may, 2010–cu ildə ABŞ, 28 may, 2010 – cu ildə isə Birləşmiş Krallıq kinotetarlarında nümayişə daxil olmuşdur. DVD versiyada satışı isə Birləşmiş Krallıqda 29 noyabr, 2010–cu ildə başlamışdır. Filmin ulduzları serialdan izləyicilərə yaxşı tanış olan Sara Cesika Parker, Kim Ketrall, Kristin Devis, Sintiya Nikson və Kris Notsdur. Filmdə həmçinin epizodik rollarda Layza Minelli, Penelopa Kruz, Mayli Sayrus, Tim Qan, Ron Vayt və Omid Cəlili kimi ulduzlar da oynamışlar.Mündəricat
1 Məzmunu
2 Rollarda
3 İstehsal
3.1 İnkişaf
3.2 Çəkiliş
3.3 Kastinq
4 Çıxışı
5 Təqdimatı
5.1 Tənqidçilərin mövqeyi
5.2 Box office
6 Home release
6.1 DVD hit paradlarında
7 Film musiqisi
7.1 Hit paradlarda
8 Mükafat və nominasiyaları
9 İstinadlar
10 Xarici keçidlər


Məzmunu

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Film Nyu-York şəhərinin və artıq filmin birinci hissəsindən izləyicilərə tanış olan baş qəhrəmanların həyat tarixçələrinin qısa xatırlatması il başlayır. Bundan sonra toy təşkili agentliyinə gələn dörd rəfiqə – Kerri Bredşou (Sara Cesika Parker), Samanta Cons (Kim Ketrall), Miranda Hobbs (Sintia Nikson) və Şarlotta York (Kristin Devis) yaxın dostlarının Stetford Bleç (Villi Qarson) və Entoni Mareatinonun (Mario Kanton) toy mərasiminin təşkili üçün müraciət edirlər. Daha sonra toya hazırlıq prosesi və toy təsvir edilir. Nikah mərasimində isə ABŞ və dünya kinematoqrafiya tarixinin ən mühüm simalarından biri, əfsanəvi Layza Minelli iştirak edir. Nigah bağlanmasından sonra isə əfsanəvi sənətkar Beyonsun "Single leadies (Put a Ring on It)" mahnısını özünəməxsus şəkildə ifa edərək məclisi şənləndirir.

Toyda bəylərdən birinin rəfiqəsi Kerri, digərininki isə Entoninin qardaşı Nikki olur. Məclis zamanı Samantanın Nikkidən xoşu gəlir və artıq toyun axırına yaxın onlar arasında yaxın münasibət yaranır. Növbəti gün səhər yeməyi arxasında rəfiqələr yaxşı formada qalmağın yollarını müzakirə edirlər. Samanta müxtəlif harmonal dərmanlardan istifadənin tərəfdarı olduğunu bildirir və bunun yararlı vasitə olmasını sübut etməyə çalışır. Fikirlərinin təsdiqi üçün isə Syuzanna Sommersin kitabına müraciət edir. Bu zaman iki övladı ilə birgə Şarlotta gəlir və tezliklə dayənin gəlib uşaqları götürəcəyini bildirir. Bir müddət sonra isə irland mənşəli dayə Ellen gəlir. Onun süddan geyinməməsi rəfiqələri şoka salır. Samanta bu cür gənc və gözəl bir qızın onun evində belə vəziyyətdə işləməsinə yol verməyin təhlükəli olmasıyla bağlı Şarlottanı xəbərdar edir. Şarlotta iə bu cür şeylərin əhəmiyytsiz olduğunu və qızın dayəlik keyfiyyətlərinə önəm verdiyini söyləyir. Lakin bundan sonra ətrafına daha diqqətlə baxan Şarlotta bütün kişilərin diqətinin Ellendə olduğunu görür və qısqanclığa başlayır.

Növbəti günlərdən birində Mirandanın evində səhər yeməyi təsvir edilir. Ailə yemək yesə də Miranda işə tələsir və şefinin onun işindən narazı olduğundan şikayətlənir. Əri isə işdən çıxmağı və daha münasib bir iş tapana kimi evlə məşğul olmağı təklif edir. Bu zaman onların övladı Mirandadan məktəbdəki tədbirə gələ biləcəyi haqqında soruşur. Atası ananın işlədiyini və vaxtı olmadığını bildirir. Uşaq məyus olur və bu Mirandanın diqqətini cəlb edir. İşdə növbəti dəfə şefinin hörmətsizliyi ilə qarşılaşan Miranda işdən çıxır və özünü övladının tədbirinə çatdırır.

Bir müddət sonra isə Samantanın köhnə sevgilisi baş rolda çəkildiyi filmin təqdimat mərasimində onunla birgə iştirak etməsini xahiş edir. Samanta isə Kerrini dəvət edir. Onlar birlikdə filmin təqdimat mərasimində iştirak edirlər. Təqdimatda Samanta filmin sponsoru Şeyx Xalidlə tanış olur. Şeyx onu Abu-Dabiyə səfərə dəvət edir. Samanta rəfiqələri ilə birgə Abu-Dabiyə gedəcəyini açıqlayır. Rəfiqələr Abu-Dabiyə – Müasir Yaxın Şərqə yola düşürlər. Yolda Miranda ərəb dilində sözlər öyrənir, Şarlotta qısqanclığı üzündən narahat olur, Kerri isə əri Mr. Biqlə (Kris Nort) həftənin iki gününü ayrı keçirmək qərarı aldıqlarını bildirir. Şarlotta bu xəbəri yaxşı qəbul etmir. Əbu-Dabiyə çatdıqda Samantadan bütün harmonal dərmanları alır, BƏƏ – nin qanunlarına əsasən ölkədə bu cür preparatların qəbul edilməsinin qadağan olduğunu bildirirlər.

Hava limanının çıxışında xanımları dörd maşın gözləyir. Rəfiqələr möhtəşəm Tac əl-Səhra otelində qalırlar. Burada onlara dörd qulluqçu xidmət göstərir. Hindistandan olan və Kerriyə xidmət edən qulluqçu çətin həyatından danışır və yalnız iki aydan bir arvadını görə bildiyini xəbər verir. Bununla belə o xoşbəxt olduğunu bildirir. Səhəri gün Miranda və Kerri bazara gedirlər. Bazarda Kerri keçmiş sevgilisi Eydenlə rastlaşır. Ayaqqabı alan Kerri passportunu dükanda unudur, lakin bundan xəbəri olmur. Axşam tərəfi hovuz ətrafında oturan rəfiqələr müsəlman qadınlarını və adətlərini müzakirə edirlər. Növbəti gün rəfiqələr səhraya səfər edirlər. Burada Samanta varlı və cazibəar memar Rixardla tanış olur. Növbəti gün səhər tezdən Kerri Nyu-Yorker juralının onun yeni kitabını tənqid etdiyini öyrənir və bu onun əhval-ruhiyyəsini pozur. Axşam Kerri Eydenlə görüşür və şam yeməyindən sonra onlar qəfildən öpüşürlər. Bu öpüşmədən sonra özünü günahkar hiss edən Kerri Mr. Biqə zəng edərək hər şeyi danışır. Əri sərt reaksiya verməyərək bunu susqunluqla qarşılayır.

Samanta isə həmin gecə yeni tanış olduğu memar Rixardla sahildə sekslə məşğul olduğuna görə həbs edilir. Rəfiqələri onu yalnız bir gecə saxlanıldıqdan sonra xilas edə bilirlər. Səhəri gün xanımlar Şeyx Xalidin görüşə gələ bilməyəcəyini və otelin pulunu özləri ödəməli olduqlarını öyrəndikdə bir gecə üçün iyirmi iki min dollar vermək imkanları olmadığından oteli tərk edir və Nyu-Yorka dönürlər. Br. Biq Kerrini bağışladığını bildirir və ona qara brilyant daşla işlənmiş üzük bağışlayır. Sonda Br. Biqin xoşbəxt şəkildə evlərində film izləmələri, Samantanın Nyu-Yorkda yenidən həmin memarla görüşməsi, Mirandanın yeni və daha uyğun iş tapması, Şarlottanın isə dayəsinin lezbiyan olması səbəbiylə qısqanclıq üçün əsas qalmaması təsvir edilir.

Rollarda
Sara Cesika Parker – Kerri Bredşou
Kim Ketrall – Samanta Cons
Kristin Devis – Şarlotta York Qoldenblatt
Sintiya Nikson – Miranda Hobbs
Kris Nots – Ceyms Preston / Mr. Biq
Con Korbet – Aydan Şou
Devid Eygenberq – Stiv Bredi
İven Handler – Harri Qoldenblatt
Ceyson Luis Cerri "Smit" Cerrod
Villi Qarson – Stenford Bleç
Mario Kantone – Entoni Marentino
Linn Koen – Maqda
Elis İv – Erin
Noa Mills – Niki Marentino
Meqan Buni – Eli
Maks Rayan – Dr. Rikard Spirt
Raza Ceferi – Qaurau, Kerrinin xidmətçisi
Omid Cəlili – Mr. Safir, Otel meneceri
Daffer L'Abidine – Mahmud
Art Malik – Şeyx Xalid
Penelopa Kruz – Karen Qarsia Karrion
Layza Minelli – özü
Mayli Sayrus – özü
Tyuzdi Nayt – özü

İstehsal

İnkişaf

Uzun müzakirələrdən sonra 2009 – cu ilin fevral ayında filmin çəkilməsi qərarı alındı. Çəkilişlər isə 2009 – cu ilin avqust ayında başladı.

Birinci filmin davamı olan bu film öz sələfindən bir çox xüsusiyyətlərinə, xüsusilə ekzotik yerlərdə çəkilişlərin çox aparılmasına görə fərqlənir. Kinq bu cür məkanların filmə daxil edilməsi ilə işə olan marağı artıracağını düşünürdü. O eyni zamanlarda 1930 – cu illərin ekstravanqard macəra və xəyalpərəst komediya filmlərinin ssenarisinə bənzər ssenari yazmaqdan da çəkinmişdir.

Serialın və birinci filmin beş ulduzu – Sara Cesika Parker, Kim Ketrall, Kristin Devis, Sintiya Nikson və Kris Nots layihəyə yenidən dönməyə razılıq vermişlər.[3] Eyni zamanda serialda rol almış digər aktyorların da çəkilişlərə qatılması ilə əsas heyət tamamlanmışdır. Bundan əlavə ssenari müəllifi və rejissor yenə də Maykl Patrik Kinq, geyim üzrə mütəxəsis isə Patrisiya Fild olmuşdur. Baş geyimləri isə yenə də Viviyan Vestvud üçün Prudens Milineri tərəfindən hazırlanmışdır.

"Entertainment Weekly" filmin büdcəsinin sələfi ilə müqayisədə $30 milyon çox, $95 milyon olacağını xəbər vermişdi.[4] Sara Cesika Parker Kerri Bredşou rolunun ifasına və prodüsserlik fəaliyyətinə görə $15 milyon almışdır. [5]

Çəkiliş

Ərəb Əmirlikləri ölkə ərazisində çəkilişi rədd etdiklərindən filmin Nyu-York çəkilişləri də iyul ayının sonuna kimi yubadılmışdır. Nəticədə filmin Abu Dabi səhnələri Mərakeşdə çəkilmişdir.[6][7] Baş roldakı dörd xanım və digər aktyorlar 2009 – cu ilin noyabrında Mərakeşdə çəkilişlərə başlamışlar, lakin 13 günlük kimi nəzərdə tutulmuş çəkilişlər təxminən altı həftə uzanmışdır. [8]

Filmin çəkilişləri rəsmi olaraq 1 sentyabr, 2009 – cu ildə başlamış və ilin sonuna kimi davam etmişdir. Filmin başlanğıcında Kerri, Samanta, Miranda və Şarlottanın uzun sürən rəfiqəliyini göstərmək üçün Nyu-Yorkun müxtəlif məkanlarında baş roldakı dörd xanımın ayrı – ayrılıqda həm əvvəlki, həm də çəkiliş dövründəki görünüşləri göstərilir. Eyni zamanda Samantanın toy şəkilləri də göstərilir. [9]

Kastinq

2009 – cu ildə əfsanəvi aktrisa Layza Minelli mediaya etdiyi müxtəlif açıqlamalarında filmdə kameya rolunda çəkiləcəyini bildirmişdi. Müğənni – aktrisa Biti Midler setdə iştirak etsə də, filmdə görünməmişdir. Penelopa Kruz filmdə bankir Karmen rolunu canlandırmışdır.[10] Mayli Sayrus filmdə yalnız bir səhnədə Smit Cerodun yeni filminin premyerasında Samanta ilə eyni paltarda çəkilmişdir. [11] 17 oktyabrda Oceanup.com saytı Maylinin film çəkilişlərini göstərən fotoları yayımlamışdır.

Con Korbet Mərakeşdə Aydan rolunda çəkilmiş və çəkilişlərin çətin olduğunu təsdiqləmişdir.[12] Yeni aktyorlar – Kerri və Samantanın assisentləri olan Skot Fişer və Mişel Kauçi də sonradan çəkilişlərin çətin olduğunu etiraf etmişlər. [13]

Çıxışı

Filmin təbliğinə 2009 – cu ilin dekabr ayından, üzərində ağ paltar geyinmiş, gözlərində qızılı eynək, eynəkdə isə Mərakeşin əksi olan Kerrinin təsvir edildiyi "Carrie On" və "Get Carried Away" sloqanlı afişaların internetdə yayılmasından sonra başlanmışdır.[14] Eyni şəkil və sloqanlar "Böyük şəhərdə seks 2" filminin rəsmi veb saytına da istifadə edilmişdir.

Filmin qısa terylerinin onlayn premyerası isə 22 dekabr, 2009 – cu ildə həyata keçirilmişdir.[15] 2010 – cu ilin mart ayında isə Mərakeş görüntülərinin üstünlük təşkil etdiyi yeni afişalar meydana çıxmışdır.[16] Bundan başqa mart ayında Sara Cesika Parker, Kristin Devis və Sintiya Nikson Las-Veqasda ShoWest 2010 – qatılaraq burada filmin tam həcimli treylerinin premyerasını gerçəkləşdirmiş və filmi müzakirə etmişlər. (Bu zaman Londonda "West End"də səhnə alan Kim Ketral təbliğat işləri ilə yanaşı eyni zamanda dincəlirdi də.)

Filmin tam kinoteatr tereyleri 8 aprel, 2010 – cu ildə "Entertainment Tonight"da tamaşaçılara təqdim edilmişdir.[17] Həmin treyleri Jay-Z və Alişa Kiyzin Nyu-Yorka həsr olunmuş məşhur "Empire State of Mind" mahnısı və Avstraliyalı R&B/Pop müğənnisi Riki Linin "Can't Touch It" mahnısı müşayət edirdi.

Filmin təbliğat prosesi bütün heyətin qıtılımı ilə 2010 – cu ilin may ayından filmin təqdimatına kimi davam etmiş, televiziya verilişləri, press konfranslar və nəşr məhsulları da daxil olmaqla bir çox vasitələrdən istifadə edilərək bir çox ölkə və şəhərlərdə həyata keçirilmişdir. Filmin Nyu-York premyerası 24 may, 2010 – cu ildə həyata keçirilmişdir.

Təqdimatı

Tənqidçilərin mövqeyi

Film tənqidçilər tərəfindən heç də yaxşı qarşılanmamış və çoxlu mənfi rəy almışdır. Rəy toplayıcısı "Rotten Tomatoes" xəbər verir ki, tənqidçilərin cəmi 16% – I filmə müsbət rəy bildirmişdir.[18] Birinci filmlə müqayisə edildikdə bu çox zəif nəticə idi, çünki filmin birinci hissəsi 49% tənqidçilərdən müsbət rəy almışdı.[19] Seçkin tənqidçilərdən yalnız 9% – i filmə müsbət rəy bildirmişdir.[20] Tənqidçilərin ortaq mövqeyinə görə: "Həddən artıq uzadılmış vaxt çərçivəsində təqdim edilən zəif ssenari ilə "Böyük şəhərdə seks 2" filmi HBO – nun illər müddət davam etmiş məşhur serialının uğurunu davam etdirə bilməmişdir."[18]

"Metacritic" filmə 100 üzərindən 27 verərək ortalama 39 rəyin əksərinin müsbət olmadığını bildirmişdir.[21]

Film eyni zamanda Yaxın Şərqlə bağlı fikirlərə görə də tənqid edilmişdir. "The Hollywood Reporter"dən Stefan Farber filmi "güclü anti-müsəlman" adlandırmış[22], "The Guardian" qəzetindən Hedli Friman isə treylerlərə əsasən filmi "sərhədsiz rasist"[23] sözləri ilə təsvir etmişdir.

"London Evening Standard"dan Endryu O'Hagan filmi daxilən çirkin adlandırmış və fikrini "Bu ilin ən axmaq, ən rasist, ən çirkli vəən çox qadın nifrəti daşıyan filmidir." sözləri ilə tamamlamışdır. [24]

Tənqidçi Rocer Ebert filmə dörd ulduz səviyyəsindən bir ulduz vrmişdir. O yazır: "Mən məcburam sizə çatdırım ki, bu film heç şübhəsiz öz fanatlarını çox sevindirəcək. Kişinin kartof soymağa məcbur edilməsin baxmayaraq onlar yenə də nə iləsə təsəlli tapacaqlar. Oxucu, etiraf etməliyəm ki, böyük qadın auditoriyasının hücumlarına baxmayaraq, mən böyük məmnuniyyət və zövqlə ekrana onu sındıra biləcək gücdə bir sillə vurardım."[25]

Mitu Senqupta filmin qadın və geylərin hьquqlarından istifadə etdiyini və "acınacaqlı" şəkildə onları "milli şərəf məsələsinə" və "vətəndaş qururu işi"nə çevirdiyini bildirmişdir. O yazır: " "Böyük şəhərdə seks 2"də məni narahat edən nə orientalizm, nə də aşıq materializm deyil, məni narahat edən filmin çox şirin və cəlbedici gorunərək, əslində qadınlar və geylərə arxadan zərbə endirməsidir."[26]

Britanyalı film tənqidcisi Mark Kermod filmin 2010 – cu ilin ən pis filmi olduğunu bildirdikdən sonra, " "Boyuk şəhərdə seks 2" filmindən daha zəhərli, daha iyrənc, daha murdar, daha gerilədici, daha sıxıcı" bir şey fikirləşə bilmədiyini soyləmişdir. [27]

Film, Ən pis görüntü nominasiyası da daxil olmaqla, otuz bir nominasiyada Qızıl Moruq mükafatına layiq görülmüşdür.[28] Bununla belə film, Ən pis qadın baş rolu (Sara Cesika Parker, Kim Ketral, Sintiya Nikon və Kristin Devis üçün) nominasiyası da daxil olmaqla üç mukafata layiq görülmüşdü.[29]

Box office

Film 27 may, 2010 – cu ildə – ilk gundə 3,445 kinoteatrda yayıma girmiş və ən çox kinoteatr sayına görə romantik komediya filmləri arasında öncüllərdən olmuşdur. Gecəyarısı premyarasından film 2000 kinotetrdan $3 milyon gəlir əldə etmişdir.[30] Açılış günü $14.2 milyon[31], açılış həftəinin dord gunu $60 milyon, beş gundə isə $75 milyon gəlirlə uğur qazanmışdır.[32] Lakin ilk gündə $32.1, dörd gündə $45.3 milyon, beşinci gundə isə əlavə $53 milyon gəlir əldə etmiş "Şrek həmişəlik xoşbəxt" filmindən geri qalaraq ikinci yerdə debut etmişdir. Bundan əlavə film qazandığı $75 milyonun ustunə $27 milyon beynəlxalq gəliri də əlavə etmişdir. Lakin birinci film $57 milyon gəlirlə ABŞ – da birinci yerdə debut etmişdi.

Bununla belə film boyuk beynəlxalq uğur qazanaraq həftələr boyunca Almaniyada beşinci, Böyük Britaniyada üçüncü, Avstraliyada ikinci yerdə qərarlaşmış və Yaponiyada və Yunanıstanda da film hit paradlarına daxil olmuşdur. Faktiki olaraq "Böyük şəhərdə seks 2" xarici ölkə kinoteatrlarında öz sələfindən çox bilet satışına nail olmuşdu. 19 Avqust, 2010 – cu ildə filmin ölkə daxili gəlirləri $95,347,692, beynəlxalq gəlirləri $193,000,000 olmuşdur. Yekun nəticədə filmin ümumi gəliri $288,347,692 olmuşdur ki, bu da filmin birinci hissəsindən 30% daha az idi. Bununla belə, film 2010 – cu ilin ən cox gəlir gətirən romantik komediya filmi olmuşdur. [2]

Home video versiyasının satışa çıxarılmasının ilk həftəsində film əlavə olaraq $16,805,557 gəlir əldə etmişdir ki, bununla da, filmin ümumi gəlir büdcəsi $305,153,249 olmuşdur.

Home release

"Böyük şəhərdə seks 2" filmi DVD, iTunes və Blu-ray formatlarında 26 oktyabr, 2010 – cu ildə ABŞ – da, 29 noyabr, 2010 – cu ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır.

DVD hit paradlarındaHit parad (2010)Yüksəldiyi
mövqeSatış bölmələriGəlir
US DVD Sales Chart[33]1989,144$18,422,358
UK DVD Chart[34]1naməlumnaməlum


Film musiqisi"Sex and the City 2"

Albomun üz qabığı
Albom haqqında
Albom ili2010
Çıxış tarixi25 may
Tərzfilm musiqisi
Ölkə Avstraliya
FirmaSony Music Australia
Albom xronologiyası
Sex and the City, Vol. 2: More Music
2010"Sex and the City 2"
(2010)



"Sex and the City 2 original motion picture soundtrack" albomu 25 may, 2010 – cu ildə satışa çıxarılmışdır.
Alboma daxil olan mahnılar.
"Rapture" – Alicia Keys (Blondie)
"Everything to Lose" – Dido
"Language of Love" – Cee Lo Green
"Window Seat" – Erykah Badu
"Kidda" – Natacha Atlas
"Euphrates Dream" – Michael McGregor
"Single Ladies (Put a Ring on It)" – Layza Minnelli (Beyoncé)
"Can't Touch It" – Ricki-Lee Coulter
"Empire State of Mind (Part II) Broken Down" – Alicia Keys
"Love Is Your Color" – Cenifer Hadson & Leona luis
"I Am Woman" – Sarah Jessica Parker, Kim Cattrall, Kristin Davis, Cynthia Nixon
"If Ever I Would Leave You" – Sex and the City Men's Choir
"Sunrise, Sunset" – Sex and the City Men's Choir
"Till There Was You" – Sex and the City Men's Choir
"Bewitched, Bothered and Bewildered" – Shayna Steele, Jordan Ballard, Kamilah Marshall
"Ev'ry Time We Say Goodbye" – Liza Minnelli with Billy Stritch (Cole Porter)
"True Colors" – Cyndi Lauper
"Divas and Dunes" – Aaron Zigman
Film musiqisi albomuna daxil olmayanlar.
Anninin "Songs Remind Me of You" mahnısı filmdə parti sonrakı səhnədə istifadə olunsa da alboma daxil edilməmişdir.
Jay-Z və Alişanın "Empire State of Mind" mahnısı Smitin filminin premyerası səhnəsində, filmin aзılışında və rəsmi treylerdə istifadə edilsə də həmin mahnı da alboma daxil deyildir.


Tarix: 19.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1382 Bölmə: Filimler