beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boleyn qızı (film, 2008)

"Boleyn qızı" (ing:The Other Boleyn Girls) - Tüdorlar sülaləsinin zamanına aid bir filmdir.

Film haqqında
Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır.
Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib.
VIII Henrix 6 dəfə evlənmişdi - Anna Boleyn onun ikinci xanımı idi.
Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu.
Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur. Anna Boleyn yalnız doğma qardaşı ilə deyil, daha iki nəfərlə cinsi əlaqəyə girməkdə ittiham edilmişdi. İttihamların əsassız olduğu güman edilir.


Tarix: 19.02.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Filimler