beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhkəm qoz (film, 2007)

Eng: Die Hard
Ölkə: ABŞ, Böyük Britaniya.
İl: 2007.
Rejissor: Len Uayzman.
Rollarda: Brüs Uillis, Timoti Olifant, Castin Lonq, Meggi Kyu və b.
Büdcə: 110 milyon $

Qısa Məzmun

Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir.

Film haqqında
Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.
Con MakKleynin qızını oynamaq üçün sınaq çəkilişlərinə gələn Cessika Simpson işin öhdəsindən gələ bilməyib.
Castin Timberleyk filmə çəkilmək üçün danışıqlar aparırmış. Onun Con MakKleynin oğlunu oynayacağı gözlənilirdi.
Mettin klaviaturasının üzərinə Terminator fiquru düşür. Bu, bəstəkar Marko Beltrami və icraçı prodüser Uilyam Uişerə olan bir işarədir. Birinci "Terminator 3" filminə musiqi bəstələyib, ikinci isə ilk iki "Terminator" filmi üzərində çalışıb.
FBİ agenti formasını geyinən Mey Linin işlətdiyi "Tovarek" adı polyak dilindədir və mənası "ehtiraslı qadın" kimi tərcümə oluna bilər.
Çəkiliş prosesi 23 sentyabr 2006-cı ildə başlayıb və 14 fevral 2007-ci ildə başa çatıb.


Tarix: 19.02.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Filimler