beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarağac küçəsində qarabasma 5: Yuxu övladı (film, 1989)

Qarağac küçəsində qarabasma 5 (ing. A Nightmare Elm Street 5) – 1989-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ssenariyası bir neçə dəfə yazılmışdır. Filmin ssenarisi orijinal ssenaridən tamamilə fərqlidir. Filmin çəkilişinə bir neçə gün qalmış Maykl de Lük bütov ssenarini hazırlamışdır. Film "Ən pis mahnı"nən səslənməsinə görə Qızıl Moruq Mükafatı mükafatına layiq görülmüşdür.Mündəricat
1 Şüarlar
2 Məzmun
3 Rollarda
4 Mükafatlar
5 Xarici keçidlər


Şüarlar
«It’s A Boy.» — «O uşaqdır!»
«Freddy Delivers.» — «Onu Freddi gətirdi!»
«Evil Has Spawned.» — «Bu uşaq qorxuncdur!»
«Freddy has a son.» — «Freddinin uşağı yaranıb»
«Congratulations! It’s A Nightmare!» — «Təbrik edirik! O qarabasmadır!»
«Now Freddy’s A Daddy — He’s Killing For Two…» — «Freddi ata olan zaman, o ikisi üçün öldürməyə başladı!»
«Freddy’s Giving Birth To A Brand New Nightmare!» — «Freddi yeni qarabasmanı götürərək yaradır»

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Elis və Den əvvəlki hadisələrdən bir il sonra görüşməyə başlayır və vaxtlarını yaxşı keçirirlər. Bir dəfə Elis yuxu görür. Yuxuda Elis tibb bacısı Amanda Krügerdir və səhvən manyakla bir otağa salırlar. Məktəbi bitirdikdən sonra Elis və Den Avropaya səyahət etməyə başlayırlar. Artıq Elisin yeni dostları vardır: yeni modelliyə başlamış Qreta, xəstəxanada həkim işləyən İvon və komikslər rəssamı Mark.

Elis yenidən yuxu görür. Qışqıran Amanda Krügeri əməliyyat otağına aparırlar. Amanda əməliyyat otağında hamilə olur. Bu zaman doğulan uşaq həkimlərdən qaçmağa başlayır. Elis bir il öncə Krügerə qalib gəlmiş kiləsəyə gəlir. Kilsədə isə həmin uşaq vardır və Freddiyə dönür. Elis Denə zəng vurur və yanına çağırır. Lakin Den yolda yuxulayaraq qəza keçirir. Elis bu xəbəri eşidən kimi qəza yerinə gəlir.Den qəza zamanı ölür. Yalnız Elis başa düşür ki, Denin ölümündə Freddi Krüger günahkardır.

Elis xəstəxanada olan zaman hamilə qalması haqqında xəbər alır. Bu zaman xəstəxanaya Ceykob adında oğlan gəlir. Həmin müddətdə isə Freddi Elisin dostlarını bir-bir öldürməyə başlayır. Freddinin ilk qurbanı Qreta olur. Freddi onu ölənə kimi yedizdirir. Daha sonra ikinci qurban Mark olur. Lakin bu zaman Elis yuxuda olur və onu xilas edir. Elis öyrənir ki, ananın qarnında olan körpə uzun müddət yuxuya gedir. Bu səbəbdən Freddi onunla dünyaya çıxmaq istəyir. Həmçinin, Elis öyrənir ki, Cyekob onun oğludur.

Bu hadisələrdən sonra Elis başa düşür ki, uşağını Freddidən xilas etməssə, Freddi dünyaya çıxacaqdır. Bunun üçün Elis mütləq Freddinin meyiti basdırılmamış anası Rahibə Amanda Krügeri tapmalıdır. Elis Amanda Krügerin ölmüş bədənini axtaran zaman Freddi İvona hücum edir. Amma yenədə Elis onu xilas etməyi bacarır. Bu müddətdə Mark yuxuya gedir və komikslərindən birinin içinə düşür. Mark Freddi ilə döyüşən zaman ölür. Elis İvonu Amanda Krügerin öldüyü atılmış Dəlixanaya (köhnə Westin Hills) göndərir. Bu zaman Elis Freddi ilə vuruşur və ölümcül vəziyyətə düşür. Onu Freddidən İvon və Amanda xilas edir. Elis Freddi ilə yenidən mübarizə aparır. Mübarizə zamanı Freddi kiləsədə qalır və qapılar bağlanır. Elis Yakobu dünyaya gətirir. Filmin sonunda Freddinin iştirakı ilə uşaqlar "Freddi üçün şeir" oxumağa başlayırlar.

RollardaAktyorRol
Robert EnqlundFreddi Krüger
Liza UilkoksElis Conson
Uitni HertfortCeykob
Kelli Co Minterİvon
Denni HassellDen Cordan
Co SiliMark Qrey
Biatris BeippiAmanda Krüger
Erika AndersonQreta Qibson
Valorie ArmstronqDoris Cordan


Mükafatlar

1990 Fantasporto mükafatı
Tənqid Mükafatı - Stiven Hopkins - Qələbə
Milli Ən Yaxşı Fantaziya Filmi Mükafatı - Stiven Hopkins - Nominasiya

11th Golden Raspberry mükafatı
Ən Pis Orijinal Musiqi üçün Razzie Mükafatı - Brüs Dikinson: Bring Your Daughter...To the Slaughter - Qələbə
Ən Pis Orijinal Musiqi üçün Razzie Mükafatı - Kul Moe Di: Greatest Hits (Kul Moe Dinin albomu) (Let's Go) - Nominasiya

1990 Cavan Aktyor Mükafatı
Ən yaxşı yeni aktyor rolu - Uit Hertford - Qələbə


Tarix: 18.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 556 Bölmə: Filimler