beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zirzəmi (film, 1990)

Məzmun
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.
Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.
Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Davud İmanov
Ssenari müəllifi : Dinarə Seyidova
Quruluşçu operator : Ələkbər Muradov
Quruluşçu Rəssamlar : Mayis Ağabəyov, Rafiq Nəsirov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs operatoru : Tatyana Kərimova
Rejissor : Nazim Məmmədov (III)
Operator : Rafiq Kərimov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Rauf Dadaşov
Geyim üzrə Rəssam : N. Cəfərova
Qrim üzrə Rəssam : Q. Qasımova
Montaj edənlər : Nataliya Albitskaya, Sevda Abbasova(S. Abbasova)
Rejissor Assistentləri : Şahirə Kərimova, İlham Salmanov
Rəssam assistenti : Elyaz Səfərov
Fotoqraf-Rəssam : Tofiq Kərimov(T. Kərimov kimi)
Rəng Quraşdırıcısı : Əminə Cəfərova
Musiqi redaktoru : Rauf Əliyev(R. Əliyev kimi)
Redaktorlar : Aliyə Əliyeva, L. Kazaçenko
Çalır : Rafiq Babayevin İdarəsilə Estrada-Simfonik Orkestr
İnzibati Qrup : İlqar Əliyev, Tamara Kazaçenko(T. Kazaçenko kimi)
Filmin direktoru : Sahib Quluzadə
Prodüser : Zəmi Hüseynov

Rollarda
Elina İsmayılova-Səbinə
Fərman Abdullayev-Teymur
Rasim Balayev-Ayaz
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Mağaza müdiri
Aleksandr Kşinovloqer-Zelik
Səfa Mirzəhəsənov-Çingiz
Fidan Nəsirqani-Leyla
Çingiz Şərifov-Eldar
Elmira Şabanova-Tamara xanım
Nailə Zeynalova-Sevil
Svetlana Kurlenko-"Veryovka"
Zemfira Nərimanova-Gülya
Nəsir Sadıqzadə-Ata Kats
Olqa Dolinskaya-Ana Kats
Şahirə Kərimova-Stella
Mayak Kərimov-Erməni Şurik
Arif Kərimov-Erməni
Nəbi Qədirov
Zilli Namazov-Erməni
Nazir Əliyev-Kamal
Sahib Quluzadə-Sürücü
Əhməd Salahov-Teymurun tanışı
M. Mirzəyev
Ə. Babayev-"Volqa"nın sahibi
Kübra Dadaşova-Mağazadakı alıcı
Q. Mehdiyeva
A. Mehdiyeva
N. Sinyavskaya
N. Loqvinoviç
Gülxar Həsənova-Eldarın anası (titrlərdə yoxdur)
Tofiq Tağızadə-Pianoçu (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Nəcibə Hüseynova-Səbinə (Elina İsmayılova) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Teymur (Fərman Abdullayev) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Eldarın anası (Gülxar Həsənova) (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova-Ədifə (titrlərdə yoxdur)

Sponsor
Sumqayıt Şəhəri "Sintezkauçuk" İstehsalat Birliyi


Tarix: 17.02.2013 / 17:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 527 Bölmə: Filimler