beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qətl günü (film, 1990)

Məzmun
Bu, film-xəbərdarlıqdır. Kinolent zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunmuşdur. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını, müqəddəslərini yad edəcək, bu günün mahiyyətini daha dərindən duya biləcəkdir.
Filmdə bütün hadisələr baş qəhrəmanın-xəstənin(Hamlet Xanızadə) taleyi ilə bilavasitə bağlıdır.

Film haqqında
Film yazıçı Yusif Səmədoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır.
Kino əsəri 20 yanvar 1990-cı il Bakı faciəsi qurbanlarına ithaf edilmişdir.
Film aktyor Hamlet Xanızadənin kinoda son işidir.
Film aktyor Məmmədağa Məmmədovun kinoda son işidir.
Filmin çəkilişlərinə Dərbənd şəhəri və Quba rayonu əhalisi kütləvi səhnələrdə köməklik göstərmişdir.
Filmi 2-3 kəlimə ilə səciyyələndirəsi olsaq, məncə ən uğurlu ifadə kimi "assosiativ film" deyiminə üz tutmaq olar; əsərdə hadisələrin zaman ölçüləri çoxplanlı olsa da bu zaman- məkan rəngarəngliyi əslində vahid kateqoriya kimi çıxış edir: yəni zamanca bir-birindən uzaq dövrlərdə baş verən hadisələr təkcə oxşar cəhətləri ilə yox, həm də assosiativ formada təsəvvürün, xəyalın imkanları hüdudunda qovuşur.
"Filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır. Elə bir incəsənətin ki, yandırıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır. Son illər respublikamızda baş verən dəhşətli hadisələrin ümumi mənzərəsi isə filmin "real" süjeti arasında "sərhəd" dirəkləri yoxdur. Bəlkə də bütün bunlar filmdə qaldırılan mənəvi problemlərin məntiqi davamıdır" (Gülbəniz Əzimzadə).

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Yusif Səmədoğlu
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə
Baş Operator : Rafiq Quliyev
Baş Rəssam : Mayis Ağabəyov
Quruluşçu rəssam : Əziz Məmmədov
Bəstəkar : Aydın Əzim Kərimoğlu(Aydın Əzimov kimi)
Səs operatoru : Tatyana Kərimova
Rejissor : Rafiq Dadaşov, Fərid Hümbətov
Operator : Sərvər Rəşidoğlu
Quraşdırılmış səhnələrin operatoru : Vaqif Bağırov
Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev
Geyim rəssamı : Vaqif Mustafayev (II)
Qrim rəssamı : Firuzə İsmayılova
Montaj edən : Lidiya Vyalsova
İşıq Ustası : Əbdülnəsir Kutiyev
Rejissor assistenti : Rahim Sadıqbəyli, C. Səlimov, Şahin Tələtoğlu
Operator assistenti : Mixail Xarçenko, Nadir Mehdiyev, Eldar Məmmədov (II)
Montaj üzrə assistent : S. Əliyeva, N. Əliyeva
Səsyazma Texniki : N. Əliyev
İnzibatçı : Həsən Tağıyev, İ. İsgəndərov, İlqar Əliyev
Geyim : M. Umnova, Y. Polyanka
Əlbəsəçi : G. Ələkbərova
Təlimçi : R. Manafov
Kaskadyor : A. Malışev, V. Derkaç, V. Badov
Pirotexnik : Əlibala Məmmədov, V. Osadçi
İşıqçı : V. Timeyko, A. Səmədov, M. Rəhimov
Fotoqraf-Rəssam : Natiq İbrahimov
Rəng Tərtibatçısı : V. İvançenko
Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Rauf Abdullayev
Musiqi redaktoru : Rauf Əliyev
Redaktor : Ramiz Fətəliyev, Ramiz Rövşən
Şerlərin Müəllifi : Vaqif Səmədoğlu
Filmin direktoru : Sahib Quluzadə, Azər Quliyev
Şerlərindən İstifadə edilən Şair : Molla Pənah Vaqif

Rollarda
Hamlet Xanızadə-Xəstə; Sədi Əfəndi; Şair
Eleonora Koriznayte-Gavur qızı Maya; Məhkum qadın
Yaşar Nuri-Mahmud
Ələddin Abbasov-Zülfüqar
İbrahim Əliyev-Hökmdar
Zülfüqar Baratzadə-Hacə Ənvər
Nəsir Sadıqzadə-Muxtar Kərimli
Muxtar İbadov-Qəmbər Salahov
Əbdül Mahmudov-Tatar Təmir
Rahim Sadıqbəyli-Zülfüqar (gənc)
İdris Rüstəmov-Üfləmə Qasım
Zemfira Sadıqova-Zəminə
Miron Fel-Berqman
Məmmədağa Məmmədov-Qonşu
Məmmədkamal Kazımov-Vəzir
Əminə Yusifqızı-Səlimə
Səfurə İbrahimova-Sədi Əfəndinin arvadı
Firəngiz Şərifova-Nənə
Şahin Tələtoğlu-Moşu
Nuriyyə Əhmədova-Salatın
Süleyman Əhmədov-Sarıca oğlu Məhəmməd
Adil Zeynalov-Qulam
Vahid Əliyev-Kolxoz sədri Vahid
Arif Kərimov-Milis leytenantı
Əhməd Əhmədov-Heyvanxana nəzarətçisi
Mayya İsgəndərova-A. Q.-nın arvadı
Məmməd Əlili-Saray əyanı
F. Vəliyev-Saray əyanı
Rafiq Əliyev (II)-Saray əyanı
Mayak Kərimov-Saray əyanı
Bəxtiyar Kərimov-Saray əyanı
T. Məmmədov-Saray əyanı
Zilli Namazov-Saray əyanı
S. İsgəndərov
Əfrasiyab Məmmədov-natiq
Əliqulu Səmədov-natiq
Xəyyam Aslan-natiq
Nadir Ağayev
Rahib Əliyev
Tərlan Babayev (II)
S. Ələsgərov
Ə. Sadıqov
Sahib Quluzadə
Murad Dadaşov (III)
Eldar İsrafilov
Əşrəf Mamayev-Saray əyanı
Ağarəfi Rəhimov-İclas iştirakçısı
Tofiq Bayramov-İclas iştirakçısı

Filmi səsləndirənlər
Muxtar Avşarov-Qonşu (Məmmədağa Məmmədov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Zibeydə (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 619 Bölmə: Filimler