beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəm pəncərəsi (film, 1986)

Məzmun
Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır.

Film haqqında
Film rejissor Mərahim Fərzəlibəyovun aktyor kimi kinoda ilk işidir.
Film yazıçı Cəlil Məmmədquluzadənin "Danabaş Kəndinin Əhvalatları" və "Danabaş Kəndinin Məktəbi" pyesinin motivləri əsasında çəkilmiş və görkəmli ədibə həsr olunmuşdur.
Film Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf olunmuşdur.
"Mirzə Cəlil haqqında filmdə qəm pəncərəsindən boylanan uşağı ön plana çəkən Anar məhz özünün həzin qüvvəsini, millətinin gələcəyi üçün nigarançılığını göstərir. Bu filmdə Mirzə Cəlil elə Anar özüdür, adama elə gəlir ki, film boyu Mirzə ilə yaşayan Anar özü pərəstiş etdiyi ədibin "cildinə" girmişdir." (Vaqif Paşa Əlioğlu).
Filmdə "Molla Nəsrəddin" jurnalına çəkilmiş illüstrasiya və karikaturalardan istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Cəlil Məmmədquluzadə
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Anar
Quruluşçu operator : Hüseyn Mehdiyev
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Tatyana Kərimova
Rejissor : Rafiq Dadaşov
Operator : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), İsrafil Ağazadə(İsrafil Ağayev kimi)
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : Firuzə İsmayılova, Namiq Manafov
Montaj edən : Nelli Dadaşova
Quraşdırılmış səhnələrin operatoru : Vaqif Bağırov
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Dekor rəssamı : Nazim Hacıyev
Rejissor assistenti : Elman Şeydayev, Yavər Rzayev
Operator assistenti : Həsən Yaqubov
Rəssam assistenti : X. Əminağayeva
İşıq Ustası : Məhəmməd Hacıyev
Redaktor : Əhmədağa Qurbanov
Məsləhətçi : M. Cəfərov (akademik), A. Zamanov (akademiyanın müxbir üzvü)
Çalır : Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Simfonik Orkestri
Dirijor : R. Məlikaslanov
İnzibatçı : Azər Quliyev
Filmin direktoru : Rimma Abdullayeva
Əsərlərindən İstifadə edilən Rəssam : Əzim Əzimzadə (titrlərdə yoxdur)

Rollarda
Həsənağa Turabov-Mirzə Cəlil; Cəlilin atası
Elmira Şabanova-Həmidə
İlham Səfərov-Cəlil (uşaq)
Ruslan Nəsirov-Əhməd
Həsən Məmmədov-Məmmədhəsən
Şükufə Yusupova-İzzət
Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)-Xudayar bəy
Leyla Şıxlinskaya-Zeynəb
Zərnigar Ağakişiyeva-Şərəf
Fəxrəddin Manafov-İsgəndər
Məmməd Bürcəliyev-Rəşid bəy
Mərahim Fərzəlibəyov-Müəllim Həsənov
Nəsibə Zeynalova-Səkinə
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Kərbəlayi Cəfər
Səyavuş Aslan-Karapet
Ramiz Əzizbəyli-Kərbəlayi Oruc
Arif Quliyev-Kərbəlayi Bədəl
Ələsgər Məmmədoğlu-Kərbəlayi Zeynal
Gündüz Abbasov-Kəndli
Gümrah Rəhimov-Kəndli
Muxtar Avşarov-Molla Həzrətqulu
Mirzə Babayev-Qazi
Hamlet Xanızadə-Hacı
Ramiz Məlikov-Çavuş
Rafiq Əliyev (II)-Rəis
Sona Mikayılova-Cəlilin anası
Natiq Abdullayev-Vəliqulu
Rüfət Əliyev-Kəndli uşaq
Anar Əliyev-Kəndli uşaq
Xəzri Rəhimov-Kəndli uşaq
Aydın Salmanzadə-Kəndli uşaq
Seymur Namazov-Kəndli uşaq
Elçin Abbasbəyli-Kəndli uşaq
Erkin Zamanlı-Kəndli uşaq
Fərid Kazımov-Kəndli uşaq
Cəlil Ağayev-Kəndli uşaq
Elnur Cəniyev-Kəndli uşaq
Q. Səfərov
Nuriyyə Əhmədova-Kəndli qadın
Nübar Novruzova-Karapetin qızı
Elman Şeydayev
Mayak Kərimov-Mülki geyimli
T. Məmmədov

Filmi səsləndirənlər
İlham Namiq Kamal-Həsənov (Mərahim Fərzəlibəyov) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Vəliqulu (Natiq Abdullayev) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Rəşid bəy (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Filimler