beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmtahan (film, 1987)

Məzmun
Filmin mərkəzində Qiyas müəllimlə(Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın(Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamxallara, firuzlara qarşı kəskin müübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır.
Film azpersonajlıdır. Lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir.

Film haqqında
Film yazıçı Anarın XX əsrin 70-ci illərinin axırlarında böyük səhnə müvəffəqiyyəti qazanan və Respublika Dövlət Mükafatına layiq görülən "Şəhərin Yay Günləri" pyesinin motivləri əsasında çəkilmişdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə, Şahmar Ələkbərov
Quruluşçu operator : Rəşid Nağıyev
Quruluşçu rəssam : Şamil Nəcəfzadə
Bəstəkar : Azər Dadaşov
Səs operatoru : Tatyana Kərimova
Rejissor : Rafiq Dadaşov
Operator : Tərlan Babayev
Geyim rəssamı : Tamilla Dağıstanlı
Qrim rəssamı : Namiq Manafov
Montaj edən : Lidiya Vyalsova
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Rejissor assistenti : N. Cəlilov, Rafiq Orucov
Operator assistenti : Z. Bədəlov
Rəssam assistenti : İ. Əliyev
Montaj üzrə assistent : A. Budaqova
İşıq Ustası : A. Orucov
İşıqçı : Nataliya Qudovskaya
İnzibatçı : Aydın Hüseynov
Redaktor : Dinarə Gərəkməzli(Dinarə Kərəkməzli kimi)
Ansamblın rəhbəri : Rafiq Babayev
Filmin direktoru : Rimma Abdullayeva

Rollarda
Hamlet Xanızadə-Qiyas
Səfurə İbrahimova-Dilarə
Rauf Atakişiyev-Bəhram
Fuad Poladov-Şamxal
Rafiq Əliyev (II)-Firuz
Təvəkkül İsmayılov-Ağarəfi
Samir Rzayev-Namiq
Gülzar Qurbanova-Qumru
Şamil Nəcəfzadə-Rasim
Nəzakət Qazıyeva-Ruxsarə
Şükufə Yusupova-Tamara
Sona Mikayılova-Qumrunun anası
Nazim İbrahimov (III)
V. Ağayev
O. Musayev
Məlahət Abbasova-Suğra
S. Nikoladze
İlyas Hüseynov
Ömür Nağıyev-Ofisiant
Nübar Novruzova-Fahişə
Nəcibə Hüseynova-Qonaq


Tarix: 15.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 434 Bölmə: Filimler