beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilas ağacı (film, 1972)

Məzmun
Burada II Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir.
Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba(Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur.
Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir.

Film haqqında
Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.

Səhv
Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Əkrəm Əylisli
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Fikrət Əhədov
Bəstəkar : Nazim Əliverdibəyov
Səs operatoru : Paşa İbrahimov
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Qrim rəssamı : V. Bereznyakov
Montaj edən : A. Filimonova
Rejissor assistenti : Cəfər Əsədov, Malik Əlicanov
Operator assistenti : Sərdar Vəliyev
Rəssam assistenti : T. Məlikzadə
Dirijor : Nazim Rzayev (II)
Redaktor : Nataliya Şneyer
Filmin direktoru : Yusif Yusifzadə

Rollarda
Sevinc İsmayılova- Nigar
Soltan Məmmədov-Sadıq
Məmmədrza Şeyxzamanov- Qulam
Leyla Bədirbəyli- Müşəfər nənə
D. Abdullayeva
Zemfira İsmayılova-Sadıqın anası
Muxtar Avşarov- Səftərəli
Fərhad İsmayılov
O. Şeyxov
Tariyel Qasımov-Sadıqın atası
M. Rzayev

Filmi səsləndirənlər
Şahmar Ələkbərov (titrlərdə yoxdur)
Xuraman Hacıyeva-Uşaq (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Bikə (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Filimler