beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Fransız" (film, 1995)

Məzmun
Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.
Əlibala(Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı.

Film haqqında
Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir.
Filmdə Vaqif Mərdəkani öz dəstəsi ilə və Aleksandrovun xoru çəkilmişdir.
Filmin son titrləri fransızcadır.
Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
Filmdə "Nənəqızlar" folklor ansamblının repertuarından istifadə edilmişdir.

Filmin heyəti (titrlərdəki sıraya görə)

Film üzərində işləyənlər
Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev
Quruluşçu rejissor : Vaqif Mustafayev
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs rejissoru : Teymur Abdullayev
Musiqi redaktoru : Riyad Quliyev (II)
Məsləhətçi : Novruz Məmmədov
İcraçı prodüser : Rauf Quluzadə
Dirijor : Ed Spanjard (Niderland)
Qrim ustası : Çingiz Paşayev
İnzibatçı : Sahib Quluzadə, Arif Kərimov, Novruz Məmmədov(Novruz kimi)
Filmin direktoru : Pərviz Quliyev (II)
Redaktor : Əhməd Aşurbəyov, Əhmədağa Qurbanov
Montaj edən : İlham Qaliboğlu
Koordinator : İlqar Musaoğlu, Namiq Fərəc
İşıqçı : Şəmsi Qədirov
Repertuarından istifadə edilən müğənni : Co Dassin(titrlərdə yoxdur)

Rollarda
Zərnigar Ağakişiyeva-Zərnigar
Fərman Şəkili (Fərman Abdullayev kimi)-Əlibala
Ucal Haqverdiyev-Tərcüməçi
Yaşar Nuri (Yaşar Nuriyev kimi)-Atabala
Səidə Quliyeva-Əlibalanın nişanlısı
Nuriyyə Əhmədova-Atabalanın arvadı
İlyas Tapdıq-Şair
Ağasəlim Çıldağ-Meyxana ustası
Muxtar Maniyev-Sünnətçi
Hüseyn Muradov-Sünnətçinin köməkçisi
Şamil Mahmudbəyov-Dayı
Mənsur Məmmədov-Atabalanın atası
Arif Qasımov-Dədə Qorqud
Arif Kərimov-Psixiatr
Novruz Məmmədov-Fransa səfirliyinin əməkdaşı
Vaqif Mərdəkani-Klarnet çalan
Mamuka Kikaleyşvili-Müğənni
Firuz Xudaverdiyev-Millət vəkili (titrlərdə yoxdur)
Vaqif Mustafayev-Rejissor (titrlərdə yoxdur)
Xəyyam Mirzəzadə-Bəstəkar (titrlərdə yoxdur)

Sitatlar
Atabala: Atova lənət bizi qınayan
Atabala: Tanıdım, bütün nəslimizi sən kişi eləmisən


Tarix: 14.02.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 445 Bölmə: Filimler