beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diplom işi (film, 1979)

Məzmun
Rəssamlıq məktəbinin tələbəsi heykəltəraş Mahmud(Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı(Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki...

Festivallar və mükafatlar
1)1979-cu ildə Karlovı-Varı Beynəlalq kinofestivalı
Film Diploma layiq görülmüşdür.

Film haqqında
Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir.
Kinokomediya yazıçı A. İbanoidzenin "İmeretiyasayağı Evlənmə" romanının motivləri əsasında çəkilmişdir.
Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : A. İbanoidze
Quruluşçu rejissor : Cahangir Mehdiyev
Ssenari müəllifi : Asim Cəlilov, Cahangir Mehdiyev
Quruluşçu operator : Hüseyn Mehdiyev
Quruluşçu rəssam : Rafiz İsmayılov
Səs operatoru : Kamal Seyidov
Bədii Rəhbər : Georgi Daneliya
İkinci Rejissor : Adil İsmayılov (III)

Rollarda
Şamil Süleymanov-Mahmud
Cəvahir Bayramova-Səkinə nənə
Ağasadıq Gəraybəyli-Kənd sovetinin sədri
Muxtar Maniyev-Qızın qardaşı
Adil İsmayılov (III)-Qızın qardaşı
Əbdül Mahmudov-Qızın qardaşı
Arif Qasımov-Qızın qardaşı
Firəngiz Mütəllimova-Zümrad


Tarix: 13.02.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Filimler