beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cin mikrorayonda (film, 1985)

Məzmun
Filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru Rüstəm Ağayev (Ötkəm İsgəndərov) içərisində cin yerləşdirilmiş qədim çıraq tapır. İstedadlı, lakin zəif xarakterli Rüstəm üçün bu çıraq göydəndüşmə olur. Cinin köməkliyi ilə gəncin işləri yoluna düşür: onun pyesi çapa hazırlanır, sevdiyi qız – Maya (Nataliya Tağıyeva) ona ərə getməyə razılıq verir, mənzilində çarhovuz peyda olur. Lakin Rüstəm hər şeyə özü nail olmaq istəyir. Cin öz "sahibini" atıb gedərkən ona bir sirr açır: insan öz gücünə inanmalı, möcüzə yaratmaq üçün onda güclü istək olmalıdır.
Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xrakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır. Əlif Lam öz sahibinin yarımçıq işlərini tamamlamağa girişir, hər şeyi Rüstəm üçün əlverişli bir istiqamətə yönəldir. Lakin bu süni uğurların mənəvi zövq vermədiyini, yeknəsəq həyat ritminə məzmunlu heç nə əlavə etmədiyini görən Rüstəm Əlif Lamın köməyindən imtina edir. O başa düşür ki, insan həyatda hər çətinliyi özü aradan qaldırmalı, bu yolda yalnız öz gücünə, öz real imkanlarına arxalanmalıdır. Bunun üçün isə təkcə arzulamaq yox, həm də cəhd göstərmək, mübarizə aparmaq lazımdır. Əməllərinin heç bir nəticə vermədiyini görən Əlif Lam da axırda ibrətamiz bir nəticəyə gəlir: İnsan arzulamayanda, konkret məqsədə can atmayanda onun olan-qalan bacarığı da süstləşir, hərəkətdən qalır. Göründüyü kimi, filmin mərkəzində dayanan ideya mənəvi-psixoloji səciyyə daşıyır. O, fəaliyyətsizliyə, ətalətə qarşı yönəldilmişdir. (Əlisəftər Hüseynov)

Film haqqında
Film quruluşçu rəssam Şamil Nəcəfzadənin kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldəniz Quliyev
Quruluşçu rejissor : Oqtay Mirqasımov
Quruluşçu operator : Amin Novruzov
Quruluşçu rəssamlar : Rafiq Nəsirov, Şamil Nəcəfzadə
Bəstəkar : Rafiq Babayev
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Tofiq Məmmədov
Operatorlar : Rafiq Quliyev, Rövşən Quliyev
Mahnıların mətni : Vaqif Səmədoğlu, Mixail Libin
Mahnı ifa edənlər : Mübariz Tağıyev, Ramiz Əzizbəyli, Rasim Balayev (2-ci və 3-cü şəxs titrlərdə yoxdur)
Baletmeyster : Qəhrəman Nəsirov
Montaj edən : Tamara Nərimanbəyova
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : Namiq Manafov
Dekor rəssamı : Nazim Hacıyev
Rejissor assistentləri : Elman Şeydayev, F. Hüseynov
Operator assistentləri : N. Zəkiyev, Vaqif Bağırov
Rəssam assistenti : N. Aqaronova
Quraşdırılmış səhnələrin operatorları : Ramiz Babayev, Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamları : Eduard Abdullayev, Mirzə Rəfiyev
Sualtı səhnələrin operatoru : V. Dmitrenko
İşıq ustası : Məhəmməd Hacıyev
Redaktor : Ramiz Rövşən (Ramiz Əliyev kimi)
Musiqi redaktoru : Rauf Əliyev
Çalır : İnstrumental Ansambl
Ansamblın rəhbəri : Rafiq Babayev
İnzibatçılar : S. Quliyev, Sahib Quluzadə (S. Quluzadə kimi), Ş. Balakişiyev, M. İsmayılov
Filmin direktoru : Aydın İmrani

Rollarda
Ötkəm İsgəndərov-Rüstəm
Rəşid Mahmudzadə-Cin
Nataliya Tağıyeva (Nataşa Bağırova kimi)-Maya
Tofiq Mirzəyev-Süleyman ibn Davud
Eldəniz Rəsulov-Fuad
Ramiz Əzizbəyli-Tofiq
Ömür Nağıyev-Rauf
Fikrət Məmmədov-Mikayıl
Səyavuş Aslan-Əflatun
Hamlet Qurbanov-Dəmirov
Yaşar Nuri (Y. Nuriyev kimi)-Azər
Rasim Balayev-Əli
Muxtar Maniyev-Ramiz
Gülşən Qurbanova-Dəmirovun arvadı
Dadaş Kazımov-ata
Sədayə Mustafayeva-ana
Nizami Musayev-Teymur
Nübar Novruzova-qız
Gümrah Rəhimov-sərnişin
S. Novruzova
S. Novruzov
R. Allahverdiyeva
Muxtar Avşarov-Ruhani
Mustafa Süleymanov
Şəmsi Şəmsizadə-Rüstəmin tanışı (titrlərdə yoxdur)
Mənsur Məmmədov-Rüstəmin iş yoldaşı (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Rasim Balayev-Rüstəm (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Cin (Rəşid Mahmudzadə) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Ata (Dadaş Kazımov) (titrlərdə yoxdur)
Ötkəm İsgəndərov-Tofiq (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Əli (Rasim Balayev) (titrlərdə yoxdur)


Tarix: 12.02.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 535 Bölmə: Filimler