beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz qayıdacağıq (film, 2007)

Məzmun
Film bu günümüz üçün aktual olan bir mövzuya həsr edilib. Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.[1]
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.[2]
Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.[3]

Film haqqında
Filmin çəkilişlərinə 2006-cı ilin sentyabrından başlanılmışdır.
Filmin çəkilişlərinə 320 min manat xərclənmişdir.
Filmin titrləri: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri Rusiyanın 366-cı moto-atıcı alayının dəstəyi ilə Xocalıya-dinc əhaliyə hücum çəkib 613 azərbaycanlını(o cümlədən, 106 qadını, 63 uşağı, 70 qocanı) qətlə yetirdilər. Xocalı qırğınında 487 nəfər soydaşımız ömürlük şikəst oldu, 1275 nəfər əsir alındı, 150 nəfər itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 95 uşaq ata-anasız qaldı. Erməni işğalçıları dünyanın gözü qarşısında tarixdə ən ağır cinayətlərdən birini-Xocalı soyqırımını törətdilər...
Film Xocalıda şəhid olanların əziz xatirəsinə həsr olunur.
Baş roldakı Pərvaz İbrahimli Bərdə rayon Z.Əliyeva adına musiqi məktəbinin şagirdi, prezident təqaüdçüsüdür.

Səhvlər
Ömür Nağıyevin ifa etdiyi qaçqın mağaza sahibi obrazı Zakirlə birgə mağazanın bayırına çıxanda kamera onları arxadan çəkir və mağaza sahibi sağ əlini cibinə salır. Bir kadr sonra kamera onları mağazanın bayırında çəkəndə o hələ təzəcə əlini cibinə salır. Halbuki bir kadr əvvəl onun əli artıq cibində idi.
Titrlərdə Mənsum İbrahimov Məsum İbrahimov kimi göstərilmişdir.

Filmin heyəti(titrlərdəki sıraya görə)

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Elxan Qasımov
Ssenari müəllifi : Natiq Rəsulzadə
Quruluşçu operator : Rafiq Əliyev (III)
Quruluşçu rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov
Bəstəkar : Rauf Əliyev
Səs rejissoru : Əsəd Əsədov
Sinxron Mətnlərin Müəllifi : Ramiz Rövşən
Şeirlərin Müəllifi : İsmayıl Dadaşov
Rejissor : Adil İsmayılov, Elman Qasımov
Montaj Rejissoru : Nelli Dadaşova
Operator : Elxan Novruzov
Geyim üzrə Rəssam : Elfira Hüseynova
Qrim rəssamı : Firuzə İsmayılova
Rejissor assistenti : Elçin Salahov, Nərmin İsmayılova
Montaj üzrə assistent : Tamilla Muxtarova, Rahidə Quliyeva(Raida Quliyeva kimi)
Operator assistenti : Elçin Məmmədov (II), Cəfər Əliyev (II)
İşıqçı : Adil Dadaşov, Həsən Əliyev (II), Əli Abbasov
Sürücü : Ələkbər Abdulov, Mansur Mustafazadə, Abbas Abbasov (II)
İnzibatçı : Ədalət Yunusov, Anar Hüseynzadə
Mahnıları Oxuyan : Cavanşir Məmmədov (II), Firdovsi Rəhimov
Xor Kapellasının Bədii Rəhbəri : Gülbacı İmanova
Muğam İfaçısı : Pərvaz İbrahimli, Zabit Nəbizadə, Aida Əliyeva, Zamin Zeynalov
Çalğıçı(tar) : Elçin Haşımov, Firuz Məmmədov
Çalğıçı(kamança) : Elnur Əhmədov
Çalğıçı(zurna) : Rasim Ələsgərov, Şirzad Fətəliyev
Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Yalçın Adıgözəlov
Hərbi Məsləhətçi : Abdulla Qurbani(polkovnik, leytenant)
Musiqi Məsləhətçisi : Səyavuş Kərimi(Siyavuş Kərimi kimi), Mənsum İbrahimov(Məsum İbrahimov kimi)
Redaktor : Vaqif Əlixanlı
İcraçı prodüser : Akif Musayev, Rafiq Musayev
Prodüser : Xamiz Muradov
Mətni Oxuyan : Rafiq Hüseynov (II)(titrlərdə yoxdur)
Repertuarından istifadə edilən müğənni : Eyyub Yaqubov("Azəri torpağı"), Xan Şuşinski("Şahnaz" muğamı)

Rollarda
Ayan Mirqasımova-Nərgiz
Pərvaz İbrahimli-Zakir Qasımov
Ömür Nağıyev-Xocalı qaçqını Nağıyev
İlham Əsgərov-Müəllim
Mirzə Ağayev-Zakirin babası
Kamil Ağazadə-Zakirin qardaşı
Elxan Quliyev-Restorandakı müştəri
Cəmilə İsmayılova
Səkinə İsmayılova-Münsiflər heyətinin üzvü
Ağaxan Abdullayev-Münsiflər heyətinin üzvü
Mənsum İbrahimov(Məsum İbrahimov kimi)-Münsiflər heyətinin üzvü
Canəli Əkbərov
Qəni Hüseynov
İlham Rəhimli-Mükafat verən
Leyli Vəliyeva-Qaçqın
Nərmin Ağazadə
Mehriban Xanlarova-Musiqi müəlliməsi
Elşən Şirəliyev-İdman müəllimi
Ramiz Məmmədov-Rahib
Natella Kərimova-Konferensye; Gəlin
Firuz Xudaverdiyev(Feyruz Xudaverdiyev kimi)-Çəkməçi
Məhbubə Kərimova
Rövşən Kərimduxt-Xocalı şəhidi
Mətləb Abdullayev-Ata
Rahib Əliyev-Xocalı qaçqını
Zirəddin Tağıyev-Restorandakı müştəri
Əliqulu Səmədov-Əsgər
Arif Məhərrəmov
Vaqif Əliyev (II)
Rəhman Bağırov
Nahidə Orucova(Naidə Orucova kimi)-Həkim
Nadir Əzməmmədov(Nadir Azməmmədov kimi)
Sevil Xəlilova-Qaçqın qadın
Aida Əliyeva-Xanəndə qız
Mehriban Hüseynova
Marina Litvinenko-Satıcı
Rəzzaq Məmmədov
Nəriman Axundov
Tofiq Hüseynov-Qaçqın Hüseynov
Sona Babayeva-Parkdakı qadın
Məzahir Cəlilov-Nərd atan
Məhərrəm Musayev
Elxan Qurbanov-Qarpız kəsən
Nəmxuda Usubəliyev
Aleksey Saprıkin(Aleksey Şoprıgin kimi)
Venera Abbasova
Fərəc Fərəcov-Erməni zabit
Ziba Ramazanova-Toydakı qonaq
Oleq Vorobjanski
Aydın Əliyev
Yuri Omelçenko
Zamin Zeynalov-Özü
Dmitri Dedyunin
İlkin İbrahimzadə
Teymur Muradov
Rüfət Nəzərov-Təzəbəy
Ramin Şıxəliyev-Erməni
Nərmin İsmayılova
Süleyman Nəcəfov
Niyaz Əliyev
Zakir Müslümov
Vaqif Qurbanov
Rüfət Aslanov
Elman Əliyev-Erməni
Sərdar Rüstəmov-Erməni əsgər
Elçin Salahov
Ədalət Yunusov
Nərmin Musazadə
Məmmədağa Əlili
Heybət Heybətov
İlham Rəsulzadə
Murad Nuri
Yaqub Babayev
Dəniz Tacəddin(Dəniz Tacətdin kimi)
Fuad Kərimov
Nicat Quliyev
Cabir Ağayev
Nazim Musazadə
Yevgeni Vorobjanski
Sergey Qədirov-erməni əsgər(titrlərdə yoxdur)
Elçin Həşimov-Tarda çalan(titrlərdə yoxdur)
Elnur Əhmədov-Kamança çalan(titrlərdə yoxdur)
Firuz Məmmədov-Konservatoriyada tarda çalan(titrlərdə yoxdur)
Cavanşir Məmmədov (II)-Toy müğənnisi(titrlərdə yoxdur)
Elnar Qarayev-Toydakı qonaq(titrlərdə yoxdur)
Rafiq Həşimov-Aztv-nin diktoru(titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Laləzar Mustafayeva-Qaçqın qadın (Sevil Xəlilova)(titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Çəkməçi (Firuz Xudaverdiyev)(titrlərdə yoxdur)
Rasim Balayev-Müəllim (İlham Əsgərov)(titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən
Samir Qasımov (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
Bakı Şəhər Baş Polis İdarəsi
Cəmşid Naxçıvanski Adına Hərbi Litsey
Bakı Musiqi Akademiyası
Bakı Beynəlxalq Dəniz-Ticarət Limanı
İmişli Rayonu Qaçqınlar Komitəsi
Qobu Kənd Bələdiyyəsi

Sitatlar
Zakir: Müəllim, mənim orada nə itim azıb.


Tarix: 11.02.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 804 Bölmə: Filimler