beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan elləri (film, 1976)

Məzmun
Bu film-konsertdə respublikamızın füsunkar mənzərələri fonunda bəstəkarlardan Fikrət Əmirovun "Azərbaycan Elləri", Cahangir Cahangirovun "Bakı", Emin Sabitoğlunun "Bizim Lənkəran", Süleyman Ələsgərovun "Mingəçevir", "Şuşa", Oqtay Kazımovun "Astara", R. Süleymanovun "Göyçay", Səid Rüstəmovun "Gözəl Quba", Şəfiqə Axundovanın "Şəki", Rauf Hacıyevin "Azərbaycanım" mahnıları səslənir.
Mahnıları müğənnilərdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Anatollu Qəniyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Yaşar Səfərov ifa edirlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Nazim Dadaşov
Ssenari müəllifi : Rafiq Cəbiyev
Operator : Fazil Hadıyev
Rəssam : T. Məlikzadə
Səs rejissoru : Ramiz Bağırov


Tarix: 10.02.2013 / 18:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Filimler