beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıq imiş (film, 2008)

Məzmun
Orxan Hüseyn(İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə(Mehriban Xanlarova) adlı bu qadın həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin(Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır. Sevgisini kimsə ilə paylaşmayan əsas qəhrəman dünyadan nakam gedir.

Film haqqında
Film 2007-ci ildə təqdim edilməli idi. Ancaq filmin rejissoru və ssenaristi Ağaəli Əliyevin vəfatı premyeranı bir xeyli yubatdı. Ona görə də filmin tamamlanma işlərini rejissor Faiq Kərimoğlu öz üzərinə götürdü.
Film rejissor Ağaəli Əliyevin kinoda son işidir.
Filmdə müğənni İzzət Bağırovun keçirdiyi konsertlərin videoyazılarından istifadə edilmişdir.

Səhvlər
Orxan üzüyü Nərminə qara əlcəyinin üstündən taxır.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Ağaəli Əliyev, Faiq Kərimoğlu
Operator : Zaur, Tofiq, Rüfət, Asif
Səs rejissoru : Nadir Mikayılov
Montaj : İqrar Əşrəfzadə
Rəssam : Arif İsmayılov
İşıqçı : Emin Yəhyayev, Qabil Yəhyayev
Pirotexnik : Hüseyn Rəhimov, Vüsal Hümbətov,
Bəstəkar : Nadir Əzimov, Vüqar Meyxanaçı, Rəşad Bağırov, Zamiq Qasımov
Skripkaçı : Ramin, Zamiq
Çalır : "Abşeron" İnstrumental Ansamblı
Prodüser : Arzu Məmmədoğlu

Rollarda
İzzət Bağırov-Orxan
Natəvan Həbibi(Natavan Həbibi kimi)-Nərmin
Mehriban Xanlarova-Südabə
Anar Heybətov-Toğrul
Həsənağa Vəzirov-Azər
Kazım Abdullayev-Nuru
Səidə Quliyeva-Sona xanım
Ofeliya Aslan-Qonşu
Çingiz Əhmədov-Qonşu
Mətanət Atakişiyeva-Orxanın anası
Nahidə Orucova-Xidmətçi
Ziba Ramazanova-Katibə
Məhərrəm Qurbanov-Həkim
Elnarə Yusifova-Tibb bacısı


Tarix: 09.02.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Filimler