beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aygün (film, 1960)

Məzmun
Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.
Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün(Nəcibə Məlikova), Əmirxan(Həsənağa Salayev) və onların qızları Ülkər(Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir.

Film haqqında
Film Səməd Vurğunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır.
Kinolent şairin xatirəsinə həsr olunmuşdur.
Film ilk Azərbaycan televiziya bədii filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Səməd Vurğun
Ssenarinin Müəllifi : Kamil Rüstəmbəyov
Quruluşçu rejissor : Kamil Rüstəmbəyov
Operator : Əlihüseyn Hüseynov
Rəssam : Faiq Əhmədov
Bəstəkar : Zakir Bağırov
Səs operatoru : Ağahüseyn Kərimov
Montajçı Rejissor : V. Mironova
Rejissor Assistentləri : G. Həsənov(titrlərdə var), T. Babazadə (titrlərdə yoxdur)
Operator assistenti : İ. Xoştariya
Redaktorlar : Osman Sarıvəlli, Ənvər Əlibəyli
Çalırlar : Azərbaycan Radiosu və Televiziyasının Xoru, M. F. Axundov Adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri
Dirijor : Çingiz Hacıbəyov
Filmin direktoru : H. Səlimov
Mətni Oxuyan : Əli Zeynalov
Mahnı İfa edən : Şövkət Ələkbərova, Mirzə Babayev(titrlərdə yoxdur)

Rollarda
Nəcibə Məlikova-Aygün
Həsənağa Salayev-Əmirxan
Rəna Topçubaşova-Ülkər
Sürəyya Qasımova-Şəfiqə
Gündüz Abbasov-Elyar
Fateh Fətullayev-Sovxoz direktoru
Rza Əfqanlı-Müəllim
Sofa Bəsirzadə-Müəllimə
Məmməd Sadıqov-Poçtalyon
Bəşir Səfəroğlu-Kolxozçu
M. Qafqazlı
Hamlet Qurbanov-Qonaq (titrlərdə yoxdur)
Osman Həqqi-Əmirxanın dostu (titrlərdə yoxdur)
Hacımurad Yegizarov-Qonaq (titrlərdə yoxdur)
Leyla Rzayeva-Qonaq (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Hökümə Qurbanova-Aygün (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Leyla Bədirbəyli-Müəllimə (Sofa Bəsirzadə) (titrlərdə yoxdur)
Əzizağa Qasımov-Kolxozçu (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Şəfiqə (Sürəyya Qasımova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Müəllim (Rza Əfqanlı) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən
Səməd Vurğun (şəkil)(titrlərdə yoxdur)


Tarix: 09.02.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Filimler