beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşiqlər (film, 2008)

Məzmun
Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının - XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Öz dövrlərinin nüfuzlu şair və ictimai xadimi olan bu 3 şəxsiyyət rus və sovet imperiyaları vaxtında təqib və repressiyaya məruz qalmışdır.

Film haqqında
Filmin ssenarisi Azad Qaradərəlinin "Aşiqlər" kitabının motivləri əsasında yazılmışdır.
Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin videoarxiv materiallarından istifadə olunmuşdur

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Camal Yusifzadə, Azad Qaradərəli
Quruluşçu rejissor : Rafiq Dadaşov
Quruluşçu operator : Adil Abbasov
Səs rejissoru : Ceyhun Ağayev
Montaj : Yafət Xeyirov
Rejissor assistenti : Məlahət Əhmədova, Mahir İsayev, Mikayıl Nəsirov
Operator assistenti : Elxan Rüstəmov, Elşən Bədəlov, Əli Abbas Qasımov
Qrimçi : Solmaz Hüseynova (II)
Video Arxiv : Həsən Cəbrayılov
İnzibatçı: Şamil Səfərov
Sürücü : Tərlan Mehdiyev
Redaktor : Vüqar Tapdıqlı
Direktor : Sahib Heybətov
Aparıcı : Əlican Əzizov(əməkdar artist)
Rəssam : Oqtay Zərrabi
Əsərlərindən İstifadə edilən Müəllif : Firudin bəy Köçərli, Feyzulla Qasımzadə

Rollarda
Vaqif Şərifov-Feyzulla Qasımzadə
Elşən Rüstəmov-Xosrov bəy Cavanşir
Şövqi Hüseynov-NKVD işçisi
Vüqar Məmmədəliyev-Yalançı şahid
Elrada Ələkbərova-Xosrovun sevgilisi
Sadiq Bayramov

Filmdə iştirak edənlər
Əfrail Hüseynov(araşdırıcı)
Ramin Əhmədov(filologiya elmləri namizədi)
Vahid Cavanşirov(Xosrov Cavanşirin oğlu)
Mustafa Cavanşir

Çəkilişə köməklik edən qurumlar
Bakı Məktəbəqədər Pedaqoji Texnikumu
Kənd Təsərrüfatı Akademiyası
Gəncə Dövlət Kukla Teatrı
Gəncə Dövlət Poeziya Teatrı

Sitatlar
Ey xudaya sənə əyandır ki, vəfadaram mən
Tutduğum işləri yad edib ağlaram mən
Ey ki, bu nəfsin əlindən həmvəhdi-zarəm mən.
Əli boş, üzü qarə bəndeyi-biyarəm mən


Tarix: 09.02.2013 / 15:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Filimler