beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arazın o tayında (film, 1947)

Məzmun
Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.
Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar-Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır.

Film haqqında
Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Esfir Şub
Ssenari Planının Müəllifi : Esfir Şub
İkinci Rejissor : İsmayıl Əfəndiyev
Diktor Mətninin Müəllifi : N. Şpikovski
Operator : Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar : Niyazi
Səs operatoru : Ağahüseyn Kərimov
Mətni Oxuyan : Leonid Xmara(rus ver.), İsmayıl Əfəndiyev(az. ver.)
Montaj edən : Esfir Şub


Tarix: 09.02.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Filimler