beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADıNA günü (film, 2010)

Məzmun

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var: duz, xas, adına və s. Bir qismi yaddan çıxıb. Adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də elə bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq.

Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır.

Film haqqında

Film iki versiyada-2010-cu və 2011-ci illərdə çəkilmişdir. İkinci versiya birincini tamamlayır.

Filmin heyəti

Filmin üzərində işləyənlər

İdeya : Seyfulla Mustafayev
Müəllif : Rəşad Abbasov
Rejissor : Bəhruz Qədirov
Operatorlar : Polad Orucov, Elxan Hüseynov, Hikmət Əsgərov, Cəfər Qasımov
Müxbirlər : Səbinə Heydərova, Aytən Abdulova, Azər İsrafilov, Toğrul Məmmədov
Montaj : Sevinc Xəlilova, Aydın Vəziroğlu
Qrafika : Kamil Kərimov, Seymur Əlibəyov, Mehriban İsmayılova, Səməd Abbasov, Elvira Zeynalova
Arxivarius : Gülnaz Əliyeva, Lamiyə Süleymanlı, Arzu Quliyeva, Nuranə Rəhimova
Sürücülər : Adil Sultanov, Əli Quliyev, Seyidəmir Seyidov, Kamran Əkbərov, Etibar Baxşıyev
Mətni oxuyan : Rəşad Abbasov
Musiqisindən istifadə edilən bəstəkarlar : Klint Mansel("Yuxu üçün rekviyem" (Requem for a dream) filmindən), Feliks Mendelson ("Toy marşı")(titrlərdə yoxdur)

Filmdə iştirak edənlər

Rəşad Abbasov
Qasım Məmmədov (ADNA-nın dekanı)
Mustafa Məhəmməd Qasım (zərərçəkmiş Sudan vətəndaşı)
Rəhman Axundov (zərərçəkmiş)
Zemfira Hüseynli (zərərçəkmiş)
İlkin Şirəliyev (zərərçəkmiş)
Faiq Rüstəmbəyov (zərərçəkmiş)
Vəfa Mahmudova (hadisə şahidi)
Anar Əzizov (mərhum Tamella Əzizovanın oğlu)
Çingiz Əzizov (mərhum Tamella Əzizovanın həyat yoldaşı)
Maisə Vahidova (Məcnun Vahidovun həyat yoldaşı)
Xuraman Məmmədova (Şəfa Məmmədovanın anası)
Rahim Tağıyev (Şəfa Məmmədovanın həyat yoldaşı)
Nərminə Cabbarova (Savalan Cabbarovun bacısı)
Pərvanə Bağırova (Ayaz Bağırovun anası)
Südabə Nağıyeva (Taleh Məmmədovun anası)
İmaməli Abdullayev (Emin Abdullayevin atası)
Səlminaz Bəndəliyeva (Yusif Bəndəliyevin anası)
Cəfər Babaşov (Ruslan Babaşovun atası)
Sakit Aslanov (Ceyhun Aslanovun atası)
Sənubər Haqverdiyeva (Ayna Abdullayevanın qohumu)
Məhəmmədəli Qurbanov (Daştəpə kənd orta məktəbinin direktoru)
Telman Nəzərov (Fərdanın qonşusu)
Vidadi Həsənov (kənd icra nümayəndəsi)
Rəsmiyyə Süleymanova (Fərdanın qonşusu)
Kənan Süleymanov (Fərdanın qonşusu)
Fərman Əmirov (Fərdanın qohumu)
Rasim Əliyev (mağazanın satıcısı)
Arif Qabulov (Fərdaya kirayə ev verən)

Arxiv kadrlarda iştirak edənlər

Qeyd: arxiv kadrlarda iştirak edənlər titrlərdə göstərilməmişdir.

Rəşad Abbasov (aparıcı)
Seyid Əhməd Əmru (zərərçəkmiş Sudan vətəndaşı)
Tamella Əzizova (mərhum)
Ramiz Abdullayev (mərhum)
Məcnun Vahidov (mərhum)
Şəfa Məmmədova (mərhum)
Savalan Cabbarov (mərhum)
Ayaz Bağırov (mərhum)
Taleh Məmmədov (mərhum)
Emin Abdullayev (mərhum)
Yusif Bəndəliyev (mərhum)
Ruslan Babaşov (mərhum)
Ceyhun Aslanov (mərhum)
Ayna Abdullayeva (mərhum)
Fərda Qədirov (qatil)
Ariz Qabulov (həbs olunmuş)
Cavidan Amirov (həbs olunmuş))
Nəcəf Süleymanov (həbs olunmuş)
Nadir Əliyev (həbs olunmuş)


Tarix: 08.02.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 672 Bölmə: Filimler