beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ac həriflər (film, 1993)

Məzmun

Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Özü demişkən: Çörəyi yeyən qaçır...

Film haqqında

Film-tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.
Film-tamaşanın ilkin versiyasında (ilk dəfə efirdə nümayiş etdiriləndə) kadrarxası səs effektləri demək olar ki, yox idi. Lakin sonralar tamaşanın koloritini artırmaq məqsədilə, əlavə musiqi və səs effektləri əlavə olunmuşdur.

Səhvlər

Titrlər: Titrlərdə Əbdülrəhim bəy Haqverdiyev "Əbdulrəhim bəy Haqverdiyev" kimi, qrim ustası Çingiz Paşayev "Çinğiz Paşayev" kimi, kostümçü G. Sadıxova "Ğ. Sadıxova" kimi, kostümçü vəzifəsi isə "kostjumer" kimi, quruluşçu rejissor "quruluşçu rejıssor" kimi, dekorçu Ş. İbrahimov "Ş. Ibrahimov" kimi göstərilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Əbdürrəhim bəy Haqverdiyev
Ssenari müəllifləri : Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev
Quruluşçu rejissor : Ramiz Həsənoğlu
Rejissor : Şərif Qurbanəliyev
Quruluşçu operator : Eldar Məmmədov
Quruluşçu rəssam : Rəfael Əsədov(Rafael Əsədov kimi)
Bəstəkar : Cavanşir Quliyev
Şerlərin müəllifi : Ramiz Rövşən
Səs rejissorları : Rəşad Mustafayev, Firudin Bağıroğlu(Firudin Hüseynov kimi)
Teleoperator : Vahid Babayev
Videomontaj : Əhməd Məcidov
Rejissor-stajçı : Vüqar Vəliyev
Rejissor assistenti : Cəmil Şirinbəyli
Referent : Sevil Yusifova
Fotoqraf-rəssam : Əmir Məftun
Qrim ustaları : Elbrus Vahidov, Çingiz Paşayev
Pirotexniklər : Əlibala Məmmədov, Dmitri Kasilov
Kostümçülər : Y. Salayeva, İradə Həyatova(İ. Həyatova kimi), Ə. Mirzəliyeva, Elmira Quliyeva(E. Quliyeva kimi), G. Sadıxova
Əlbəsəçilər : V. Məmmədova, S. Mövsümova, Ş. Əzimova, Dilarə Əzimova(D. Əzimova kimi)
Dekorçular : Fərhad Mayılov(F. Mayılov kimi), Güloğlan Məmmədov(G. Məmmədov kimi), Şamil İbrahimov(Ş. İbrahimov kimi), Arzu Poladov(A. Poladov kimi), O. Qocayev, Lyubov Popova(L. Popova kimi), Rəşad Məlikov(R. Məlikov kimi), İlyas İsmayılov(İ. İsmayılov kimi), Əliağa Xəlilov(Ə. Xəlilov kimi)
Quraşdırıcılar : Akif Cəfərov(A. Cəfərov kimi), M. Beloqlazov, F. Məmmədov, P. Əzimzadə, Ə. Abbasov, Ş. Muradov
İşıqçılar : Adil İslamzadə(A. İslamzadə kimi), Əlibala Məmmədov(Ə. Məmmədov kimi), B. Məmmədov, A. Zadorojko
Filmin direktoru : Nazim Dadaşov
Şeri oxuyan : Cavanşir Quliyev(titrlərdə yoxdur)

Rollarda

Qeyd: titrlərdə obrazların adları göstərilməmişdir.

Yaşar Nuri-Həsən dayı, çəkməçi, şəhər sakini, qəzet oxuyan
Cahangir Novruzov-dərviş, çarşaflı qadın, qorodovoy
Nazim Abbas-İbrahim bəy, məşədi
Tofiq Tağızadə-mirzə Mahmud
Bəhram Osmanov-Zərbəli, falçı, kərbəlayi
Hüseynağa Atakişiyev-aktyor, rus kişi
Kərim Kərimov-Süleyman, məşədi
Məmmədkamal Kazımov-Səlman, meyxana deyən
Arif Mədətov-türk, Hacı Salman
Ədalət Ziyadxanov-mirzə
Vaqif Əsədov-Əhməd, "kor" kişi
Yusif Əkbərov-Rza
Anaxanım Abdullayeva-"əcnəbi"
Şamil Nəcəfzadə-ingiliscə danışan azəri
Arif Qasımov-sarı pencəkli kişi, hacı
Ramiz Həsənoğlu(Ramiz Drazi kimi)-ağıldankəm uşaq
Nazim Dadaşov
Vüqar Vəliyev
Cəmil Şirinbəyli
Qurban Məsimov
Kamran Məmmədov
Ramil Şirinov
Ələkbər Quliyev
Elbrus Vahidov-fesli adam (titrlərdə yoxdur)

Sitatlar

Çəkməçi: Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə vot makraşka davay. Yes adin xaroşi müsəlqanski misal. Qavarit ki, eşşey, eşşey, atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey davay.


Tarix: 08.02.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 614 Bölmə: Filimler