beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron abidəsi (film, 2009)

Məzmun

Baba ləqəbli Vidadi Həmdulla oğlu 25 ildir ki, dördkünc Mərdəkan qalasını göz bəbəyi kimi qoruyur. Filmdə o tamaşaçıları şəxsi arxivindəki tarixi sənədlərlə tanış edir, gündəlik iş həyatını danışır, 1992-ci ildə qazıntılar zamanı quyularda aşkar edilən tarixi tapıntılar barədə məlumat verir, ABŞ-ın Azərbaycandakı səfiri olmuş xanım Ənn Dörsi ilə çəkdirdiyi xatirə şəklini fəxr hissi ilə göstərir. Əmək haqqı 40 manat olan bu şəxs həm qalanın qoruyucusu, həm ekskursiya rəhbəri, həm də bağbanıdır.

Film haqqında

Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino kafedrasının "Rejissorluq fakültəsi"nin tələbəsi Emin Əfəndiyevin diplom işidir.

Səhv

Orfoqrafiya: Titrlərdə "Kino kafedrası" Kino kafedrasi kimi yazılmışdır.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Ssenari müəllifi : Emin Əfəndiyev
Rejissor : Emin Əfəndiyev
Səs operatoru : Ələkbər Əliyev
Monta : Emin Əfəndiyev
Musiqisindən istifadə edilən bəstəkar : Ennio Morrikone

Filmdə iştirak edən

Vidadi Həmdulla oğlu

Çəkilişə köməklik edən qurum


Tarix: 08.02.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Filimler