beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Intelligent design-Şüurlu layihə və yaxud Şüurlu dizayn

Intelligent design ( Şüurlu layihə və yaxud Şüurlu dizayn) müzakirələri
Bu gün ABŞ-da universitet səviyyəsində müzakirə mövzusu olan “Şuurlu dizayn” anlayışı azad düşüncəyə bir nümunə olaraq göstərilə bilər. “Natura” jurnalının son saylarından birində, “Şüurlu dizayn: Tələbələrimizin düşüncə tərzlərindəki istiqaməti kimlər layihələşdirir?” adlı məqalə bu sözlərlə başlayır; “Şüurlu dizayn hərəkatı ABŞ Universitetlərində kiçik, lakin böyüyən bir gücdür...”
“Yaradılışçılığın Troya atı: Şüurlu Dizayn qılıncı” adlı kitabın yazarlarından olan, Southeastern Louisiana Universitetinin fəlsəfəçisi Barbara Forrest xəbərdarlıq edir ki, “Şüurlu dizayn müdafiyəçiləri, cəmiyyətin elm anlayışında qırılma nöktəsi meydana gətirərək, insanları elmi bir açıqlama əldə etmək üçün təbiətüstü güclərə müraciət etməyin mümkün olduğuna inandırmağa çalışırlar” (Burumfiel, 2005). Onu da qeyd edim ki, Barbara Forrest yaradılmışçılığa dəvət edən Şüurlu dizayn ifadəsinə, elmə mövzu ola biləcək bir fikir kimi yox, elmi hədələyən bir fikir kimi yanaşır.
Şüurlu dizayn ideyası ilk dəfə Amerikalı biokimyaçı Michael J. Behe tərəfindən inkişaf etdirilmişdi. Behe “Darvinin qara qutusu” adlı kitabında, Şüurlu dizayn anlayışının sturukturunu belə təqdim edir: Dizayn (və ya layihə) qısa şəkildə desək müəyyən düşünülmüş məqsədə nail olmaq üçün müxtəlif elementləri (parçaları) bir araya gətirməkdən ibarətdir. Düzgün işləyən fiziki sistemlərdə, müxtəlif elementlər bir yerə toplaşaraq tək başına edə bilmədikləri tamam başqa bir funksiya həyata keçirməyi bacarırlarsa, deməli, burada bir dizayn vardır. (Məsələn, deyək ki, bir avtomobil hazırlamaq üçün əvvəlcə tamam başqa funksiya həyata keçirən detalları bir araya gətiririk; təkər, sükan, əyləc və s. Sadəcə element olaraq onları həyata keçirdikləri funksiyaya uyğun tam dəqiq yerlərində istifadə etməsən, avtomobil düzəltmək imkansızdı. Əgər bizim başımızda şuurlu şəkildə bir avtomobil layihəsi olmasa, biz heç vaxt bu hissələri dizayn edə bilmərik. Əgər ümumiyyətlə hansı model avtomobil düzəldəcəyimizi əvvəlcədən layihələşdirməsək, yəqin ki, təyyarə hissəsindən tutmuş, tank hissəsinə kimi bütün əcaib detalları qarşımıza töküb sonsuz və mənasız iş ilə məşğul olmuş olarıq)*. Sistemi əmələ gətirən elementlərin xüsusiyyətləri nə qədər çox olsa dizaynın mövculduğunun subutunu da daha yaxşı görmək mümkün olur. Behe öz fikirlərini izah etmək üçün ailəvi şəkildə oynanılan bir hərf oyundan bəhs edir: “Təsəvvür edin ki, fasilə olanda otağı tərk edirsiz. Geri döndüyünüzdə isə hərfləri böyük ehtimalla dağınıq şəkildə görəcəyinizi bilirsiz. Lakin, geriyə dönərkən hərflərin üzləri sizə dönmüş vəziyyətdə “BİZİ AXŞAM YEMƏYƏ APAR! yazısı ilə qarşılaşırsız və həmin an bir dizaynın varlığını hiss edirsiniz. Bu hərflərin kulək və zəlzələ vasitəsi ilə belə bir mesaj yazdığı ağlınıza belə gəlmir. Çünki, hər bir element (hərf) məqsədli şəkildə mesaj yazmaq üçün dizayn edilib. Verilən mesaj isə çox açıq və məqsədlidi. Bir neçə hərf səhv olsaydı, mesaj mənasını ititrərdi. Heç bir səhvin olmaması, mesjın kortəbii cəhdlərdən keçmədiyini göstərir. Həm bir hərf və ya bir neçə hərf kortəbii bir şəkildə belə bir mənanı ifadə edə bilməz”.

Bu məqaləni oxumamışdan əvvəl Oparinin və Darvinin ardıcıllarının iddialarına əsaslanan canlı hüceyrənin, cansız kimyavi elementlərdən əmələ gəlmiş ola biləcəyinə ehtimal verirdim. Yəni bu bir versiya olaraq mənə elədə məntiqsiz görünmürdü. Lakin bu məqaləni oxuyandan sonra qeyri-üzvi aləmdən üzvü aləmin yaranmasının imkansız olduğunu dərk etdim. Hüceyrənin quruluşunda olan mürəkkəb dizayndan az-çox xəbəri olanlar deyə bilər ki, “Sonsuz meymun teoremi”ndəki meymunun yalnız Şekspirin yox hətda bir kitabxananın kitablarını belə olduğu kimi yazma şansı, Mendeliyev cədvəlindəki şüursuz elementlərin bir araya gələrək təsadüfən canlı varlıq yaratma şansından daha böyükdür.
Bu səbəbdən heç milyardda bir məntiqi ehtimala əsaslanmayan absurd nəzəriyyənin bəzi alimlər tərəfindən qəbul olunması, ən azından mənə mənasız göründü. Meymun o makina qarşısında şüursuz fəaliyyət göstərdiyi üçün milyardlarla səhv versiya yazar. Əgər belə şüursuz fəaliyyətin nə isə dizayn edə biləcəyinə inansq, biz hər saniyə həyatda qalmağımızın səbəbini şüursuz təbiətin milyardda bir ehtimaldan doğru olanını təsadüfən seçməsi ilə izah etməliyik. Çünki, bizim vicudumuzda, kortəbii təbiətin yaratdığı, kortəbii sistemlərdən biridir. Deməli, hər saniyə, hər an, inkişafımız üçün doğru versiya təsadüfən tapılmasa, bizim hamımızın sistemi çökər və ölərik. Materiyanın müəyyən fiziki qanunlara tabe olduğu üçün belə səhv cəhdlər etmədiyini iddia olaraq irəli sürənlər isə materiyanın nə üçün məhz bu qanunlara tabe olduğunu necə izah edəcəkləri barədə hər hansı bir ideyaya sahib olmadıqları ilə yanaşı, dəyişməz əbədi olduğunu iddia etdikləri bu qanunların nə üçün əbədi şəkildə fəaliyyət göstərib artıq inkişafının son həddində olmadığınıda izah edə bilməzlər. Çünki müvəqqəti sistemdə inkişafa yönəlmiş qanunlar ola bilər əbədi sistemdə isə artıq bu qanunlar sayəsində son inkişaf nəticə olaraq əldə olunmalıydı. Hər halda bu dəlil onu göstərir ki, Yaradıcının mövcud olmama ehtimalı demək olar ki, yoxdu. *


Sonda isə “Sızıntı” jurnalının dekabr 2005 ilə aid olan sayından olan məqaləni türkcə olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm. Çünki, * hissələr tərcümə deyil, sadəcə məqaləyə etdiyim əlavələrdi. Hər halda mənbəni oriqinaldan olduğu kimi sizə təqdim etmək də daha yaxşı olar deyə düşündüm.

Intelligent design (akıllı tasarın) tartışmaları
Bu gün ADB-də yaşanan akıllı tasarım tartışmaları, ünversitelerin hür düşüncəyə nə kadar izin verdiğini göstərən ilginç bir misal teşkil ediyor. Nature’nın son saylarından birinde, “Akıllı tasarım: Öyrencilerinizin zihinleri üzerine kimlerin tasarımı var?” başlıklı makale şöyle başlıyor: “Akıllı tasarım hareketi ABD üniversitelerinde küçük, fakat büyüyən bir güç...”
“Yaratılışçılığın Truva atı: Akıllı Tasarım Hançeri” adlı kitabın yazarlarından Southeastern Louisiana Üniversitesin’de felsefeci Barbara Forrest uyarıyor: “Akıllı-tasarım avukatları kamuoyunun bilim anlayışında çatlak meydana getirmek ve insanları, bilimsel bir açıklama için tabiat üstüne başvurabileceyini ikna etmek istiyorlar”.(Burumfiel, 2005). Forrest, Yaratılış’ı çağrışdıran akıllı tasarım ifadəsini, bilime konu ola bilecek bir düşünce değıl, bir tehdit oaraq görüyor.
Akıllı tasarım kavramı ilk defa Amerikalı biyokimyacı Michael J. Behe tarafından gelişdirildi. Behe, Darvin’in Kara Kutusu adlı kitabında akıllı tasarım çerçıvesini şöyle belirtiyor: Tasarım kısaca, parçaların bir qayeye mutaf olaraq bir araya getirilmesidir... Doğru işleyen fiziki sistemlerde bir dizi parça birleşerek tek başına yaptıklarından çox daha farklı bir fonksiyon gerçekleştiriyorsa, burada tasarım vardır. Fonksiyonu meydana getirdiyi parçaların xüsusiyyetleri ne kadar fazlaysa, tasarımı görə bileceyimiz delilerde o qədər çox olur. “Behe ailece oynanan bir harf oyunundan misal veriyor: “Oyun bitdiyinde bir mola için odayı terk ediyorsunuz. Geriye döndüğünüzde harleri kutunun içine dökülmüş, dolayısı ile karışık halde bulacağınızı biliyorsunuz. Fakat döndüğünüzde, yüzleri size dönük olan harflerin “BİZİ AKŞAM YEMEĞE GÖTÜR!” yazdığını görüyorsunuz. İşte o an bu tasarımın varlığını hiss ediyorsunuz; bu harfleri rüzgarın ve ya depremin düzenleye bileceyi aklınıza bile gelmiyor. Tasarımın varlığından eminsiniz, çünki hər ayrı parça (harf) belirli bir hedefe yönelik (mesaj) bir şeklinde birleşmişdir, ve parçalar tek başına bunu asla başaramaz. Ayrıca verilen mesaj çok açıkdır; birkaç harfin yerini deyişmesi mesajın anlamın yitirmesine sebep olacakdır. Bundan dolayı, mesajın safhalardan keçmediğide açıkdır; bir tek harfin bir anlamı yoxdur, bir kaç harfde mesajı ifade edəməz”.

P.S. Müəllifini unutsam da bir fikir yadıma düşdü. “Allahın varlığını sübut etmək çətindi, yoxluğunu sübut etmək isə imkansızd


Tarix: 09.12.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Fəlsəfə